Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gömrüyün hansı funksiyaları ASAN-a veriləcək?

 

 

“Gömrük komitəsi “ASAN xidmət”lə əməkdaşlıq edir. Biz bu perspektivləri daha da genişləndirmək istəyirik. Hansı funksiyaların “ASAN xidmət” vasitəsi ilə həyata keçirləcəyini müəyyənləşdirmək üçün yaxın müddətdə “ASAN xidmət”lə görüşümüz keçiriləcək”. 

Xeberinfo.com:   Məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, gömrük orqanı unikaldır və fiskal siyasət həyata keçirir. 

“Gömrük Komitəsi qanunvericilikdə nəzərdə tutulan hüquq mühafizə orqanı funksiyasını həyata keçirir. Burada əsas mallara nəzarətdir. Bu da Gömrük Komitəsinin üzərinə düşür. 

Biz artıq elektron bəyanetməyə keçirik. Biz perspektiv olaraq elektron bəyanetmənin “ASAN xidmət” vasitəsi ilə həyata keçirilməsini müzakirə edəcəyik. Xarici ölkə vətəndaşının yüngül minik avtomobilini ölkə ərazisində vaxtını uzatmaq üçün Dövlət Sərhəd Xidmətinə və Bakı Baş Gömrük İdarəsinə müraciət etməsinə zərurət qalmayacaq. Yüngül minik maşınların müvəqqəti idxal rejimində uzadılması məsələsini “ASAN xidmət” vasitəsi ilə həyata keçirilməsini nəzərdən keçiririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam