Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

İkili diplom gəlir... -necə, nə ilə?

 

Yeni sistem barədə bilmədiklərimiz...

Yenixeber.org: Xəbər verdiyimiz kimi, Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək. Bu barədə prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda deyilir.

Nədir ikili diplom?

Dövlət Proqramı “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycanın ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanıb. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Qeyd olunur ki, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycanda tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

Həm yerli, həm xarici müəllimlər...

Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycanın ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;

- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi;

- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması;

- əmək bazarının tələbatı nəzərə alınmaqla, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması;

- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;

- xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması və digər tədbirlər.

Kamran ÆsÉdov ile ilgili görsel sonucu

Kamran Əsədov: “İkili diplom Azərbaycan ali təhsilinin beynəlxalq imici üçün çox vacibdir”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, hhazırda ikili diplom  birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. İkili diplom (üçlü və s.) -birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur. Müsahibimiz ikili diplomun universitetə nə verdiyi ilə bağlı sualın cavabında aşağıdakıları sadaladı: “İkili diplomlar universitetə nə verir? Rəqabət qabiliyyətini artırır, tədris proqramlarının beynəlmiləlləşməsi, ali təhsil müəssisəsinin ümumavropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, rəhbər və müəllimlərin yeni bacarıqları, tədrisin keyfiyyətinin yüksəldilməsi, Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılması.

Avropa Birliyinin birgə diplomların tanınması (qəbul edilməsi) ilə bağlı tövsiyələrində qeyd olunur ki, birgə diplom ikidən az olmayan universitet və ya universitet ilə universitetlər tərəfindən və ya digər müəssisələrin yardımı ilə hazırlanan və ya həyata keçirilən təhsil proqramı əsasında fəaliyyət göstərən digər müəssisə tərəfindən verilən birgə diplom kimi başa düşülməlidir".

Müsahibimiz dedi ki, son illər ərzində ölkədə ali təhsilin inkişafı üçün lazımi şərait yaradılsa da,  bizim universitetlər dövlətin və cəmiyyətin yüksək ixtisaslı mütəxəssislərə olan tələbatının ödənilməsi üçün lazımi fəaliiyət göstərmirlər. Onun sözlərinə görə, Azərbaycan prezidenti dayanıqlı təhsil sistemi və standartlara uyğunluq yaratmaq məqsədilə təhsilin inkişafı üzrə Dövlət Strategiyasını imzalayıb: “Amma bizim üniversitetlər nəinki beynəlxalq arena üçün, heç daxili bazar üçün dayanıqlılığa malik deyillər.

Azərbaycanda universitet tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. Bu o deməkdir ki, bizim ali təhsil müəssisələrimiz rəqabətə davamlı iqtisadiyyatın formalaşmasına kömək edə bilməzlər. Hətta bu universitet tələbələrinə ikili yox, 3-4-lü diplom versək də keyfiyyət artmayacaq. Çünki bizim ali təhsil müəssisələrimizdə kadr hazırlığını həyata keçirən müəllim ordusunun özünün bilik və bacarıqları müasir dövrün tələblərinə cavab vermir".

K.Əsədov eyni zamanda dedi ki, 25-34 yaşlı ali təhsillilərin 67 faizi dövlət sektorunda cəmlənib. Bu isə özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemini yaradıb. Onun fikrincə, yenə də bu ikili diplom məsələsi dövlət univesitetlərinə tətbiq ediləcək və onsuz da aşağı səviyyədə olan özəl ali təhsil müəssisələrinin kənarda qalması deməkdir: “Hesab edirəm ki, ikili diplom layihəsi hər 100 000 nəfərə düşən universitet tələbələrinin sayına görə göstəriciləri əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəkdir. Təəssüflə  yenə də qeyd edirəm ki, ali təhsil müəssisələrini bitirən şəxslərin sayı da, keyfiyyəti də iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Ona görə də ilk növbədə ali təhsil müəssisələrində keyfiyyəti qaldırmaq lazımdır. Əksər özəl ali təhsil müəssisələrini bitirən məzunların işlə təminatında da ciddi problemlər vardır. Çünki bəzi istisnalar olmaqla, həmin məzunların ixtisas üzrə hazırlıq səviyyəsi qaneedici olmur, rəqabətdə asanlıqla uduzurlar. Məlumdur ki, özəl ali təhsil müəssisələrinin bir çoxu pedaqoji kadr hazırlığı ilə də məşğul olur. Müşahidələr, rayon təhsil şöbələri və ümumtəhsil məktəbləri rəhbərlərinin rəyləri göstərir ki, həmin ali təhsil müəssisələrini bitirmiş və müəllim ixtisasına yiyələnmiş məzunlar nəinki öz ixtisası üzrə, hətta elementar pedaqoji, psixoloji və metodik hazırlığa belə malik olmurlar. Ümumilikdə belə bir təsəvvür yaranır ki, onlar ixtisasları üzrə təhsil almamışlar. Təxmin etmək olar ki, digər sahələr üzrə hazırlanan kadrların əksəriyyəti də bu səviyyədədir”.

Təhsil eksperti eyni zamanda dedi ki, Azərbaycanın Boloniya prosesinə qoşulması ilə əlaqədar bir neçə özəl ali təhsil müəssisəsi istisna olmaqla, ümumilikdə bu istiqamətdə aparılan işləri qənaətbəxş hesab etmək olmaz. Əslində özəl təhsil müəssisələri bu prosesdə daha fəal iştirak etməli, Avropa məkanına inteqrasiya, rəqabətqabiliyyətli kadr hazırlığı sahəsində səylərini artırmalıydılar: “Özəl təhsil müəssisələrinin nazirliyə təqdim etdikləri məlumata əsasən, Boloniya Bəyannaməsinin əsas tələblərindən olan tədrisin kredit sistemi ilə təşkili bütün kurslar üzrə 7487 tələbəni əhatə etmişdir ki, bu da ümumi tələbə kontingentinin 39,2 faizini təşkil edir. Yəni ikili diplom verməklə bu problemin aradan qaldırılması mümkün deyil. Əlbəttə ki, ikili diplom Azərbaycan ali təhsilinin beynəlxalq imici üçün çox vacibdir. Bizim diplomların xarici ölkələrdə də qəbul edilməsi istiqamətində mühüm addımdır. Amma düşünürəm ki, keyfiyyətsiz kadr hazırlığı həyata keçirib ikili diplom verməkdənsə, ali təhsilin keyfiyyətini artırdıqdan sonra bunu həyata keçirmək lazımdır”.(müsavat)

Sevinc TELMANQIZI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam