Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İran XİN G7 liderlərinin birgə bəyanatını pisləyib

 

İranın Xarici İşlər Nazirliyi (XİN) Kanada hökumətinin bazar ertəsi dərc etdiyi G7 liderlərinin birgə bəyanatını pisləyir.

Yenixeber.org xəbər verir ki, bunu İran XİN-in rəsmisi İsmayıl Bəqai “X” sosial şəbəkəsində bildirib.

"G7 liderlərinin bəyanatında İsrailin İrana qarşı açıq təcavüzü və bizim dinc nüvə infrastrukturumuza qarşı qanunsuz hücumları, həmçinin yaşayış məntəqələrinə qarşı qeyri-seçici zərbələr və vətəndaşlarımızın öldürülməsi açıq şəkildə gözardı edilir. G7-nin üzvü olan dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, BMT üzvünə qarşı bu açıq təcavüz aktına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır", - o qeyd edib.

İ.Bəqai həmçinin yazıb ki, İsrail dinc nüvə obyektlərinə qarşı güc tətbiqi/güc tətbiqi təhdidinin qadağan olunmasına baxmayaraq, BMT Nizamnaməsinin 2-ci maddəsini 4-cü bəndini pozaraq İranın nüvə obyektlərinə hücum edib.

O qeyd edib ki, hücumlar nəticəsində yüzlərlə günahsız insan öldürülüb, xəstəxanalar və tibb mərkəzləri də daxil olmaqla ictimai və dövlət obyektləri dağıdılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam