Ceyhun Bayramov: Azərbaycan və İraq arasında əlaqələrin genişləndirilməsi vacibdir
Azərbaycan İraqdan olan tələbələrə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər üzv ölkələrinin nümayəndələrinə təqaüdlər və qrantlar təqdim edir.
Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 7-də Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ölkələr bir çox sahələrdə əlaqələri genişləndirməyi hədəfləyir və istiqamətlərdən biri də təhsildir.
Onun sözlərinə görə, ölkələr bir çox sahədə əlaqələrin genişləndirilməsinə yönəliblər, bu istiqamətlərdən biri təhsildir: "Bundan əlavə, bu gün müzakirələr zamanı biz vətəndaşlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğuladıq".
C.Bayramov, tələbə mübadiləsi proqramlarının və təhsil missiyalarının ikitərəfli əlaqələrin dərinləşdirilməsində mühüm rol oynadığını bildirib.
O, həmçinin iki ölkə arasında qarşılıqlı səfərlərin və ticarətin təşviq edilməsi ilə bağlı təşəbbüsləri vurğulayıb.