Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu ay Azərbaycanda əfv GÖZLƏNİLİR

 

Bu il Prezident yanında Əfv Məsələləri Komissiyasının ümumilikdə 6 iclası keçirilib. 6 iclasda ümumilikdə 700-dən çox müraciətə baxılıb.

Yenixeber.org xəbər verir ki bu barədə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, iclaslar davam edəcək:

“Əfv Komissiyasının iclasları davam edir. İclaslarımız yenə də olacaq. Daxil olan müraciətlərə baxılmasına davam ediləcək. Komissiya sədri tərəfindən iclasların başa çatması ilə bağlı qərar qəbul ediləndən sonra bütün rəylər cənab Prezidentə təqdim ediləcək. Bundan sonra cənab Prezident tərəfindən sənəd qəbul olunacaq. Çünki məlum olduğu kimi, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Komissiya yalnız məsələnin texniki tərəfləri ilə bağlı işləri görür”.

Qeyd edək ki, Əfv sərəncamının may ayında imzalanması gözlənilir. Dəqiq tarix hələlik məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam