Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazir: "Ağalı kəndindəki əkin modelini genişləndirməyi planlaşdırırıq"

 

Dövlət və fermerlərin birgə əməkdaşlığı sayəsində Ağalı kəndi əkin məqsədli torpaq istifadəsində ilk nümunə olacaq, bu modelin işğaldan azad olunmuş ərazilərdə genişləndirilməsi planlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bunu Zəngilanda keçirilən Aqrar Biznes Festivalında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

O, qeyd edib ki, Ağalı üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu bu ilin mart ayında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə aparılıb: “Ümumilikdə kənd sakinlərindən 74 müraciət daxil olub. Onlar təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. İlk 3 kooperativlə torpaq istifadə müqavilələri imzalandı. İnanıram ki, dövlətin infrastruktur tam təşkil etdiyi, torpağı əkinə hazır vəziyyətə gətirdiyi və infrastrukturla təmin etdiyi bu ərazilərdə fermerlərimiz məhsul istehsalına yaxın gələcəkdə başlayacaqlar. Ağalıda nazirliyin elmi-tətqiqat inistutları sınaq əkini həyata keçirir. Fermerlərə müxtəlif bitki növlərinin yetişdirilməsini, məhsudarlığı göstərəcəklər”.

Nazir əlavə edib ki, 2026-cı ilin sonuna qədər dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərində 44 kəndin salınması və onların əhalisinin qaytarılması nəzərdə tutulub: “Bu kəndlərdə torpaqların fermerlərin birgə qurduqları kooperativlərə təhkim edilməsi planlaşdırılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam