Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Sahibsiz Heyvanlara Qayğı Mərkəzi yaradıldı -QƏRAR

BŞİH-in tabeliyində Sahibsiz Heyvanlara Qayğı Mərkəzi yaradılıb
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Sahibsiz Heyvanlara Qayğı Mərkəzi publik hüquqi şəxs yaradılıb.

Yenixeber.org: Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sahibsiz Heyvanlara Qayğı Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.

Müəyyən edilib ki, Mərkəz sahibsiz heyvanlara qayğı göstərilməsi və onların uçotunun aparılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəzin nizamnamə fondu 2.000.000 manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

Mərkəzin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

Mərkəzin strukturunun təsdiq edilməsi;

Mərkəzin idarəetmə orqanlarının yaradılması;

Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin ləğvi və yenidən təşkili;

Bakı Şəhər İcra Hakimiyyətinə:

bu Qərarın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Bakı Şəhər İcra Hakimiyyəti:

Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməli;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Mərkəzin dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumunun balansında olan dövlət əmlakının Mərkəzin balansına verilməsi üçün zəruri tədbirlər görməli;

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, dövlət büdcəsindən dövlət sifarişi əsasında ayrılacaq məqsədli vəsaitin ödənilməsi üçün Mərkəzlə müqavilə bağlanılmasını təmin etməli;

bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin cari ilin dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş müvafiq vəsait hesabına maliyyələşdirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam