Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Hindistanla Pakistan arasında gərginlik edir

Hindistan və Pakistan hərbçiləri arasında atışma davam edir
Hindistan və Pakistan hərbçiləri arasında Kəşmir bölgəsində ardıcıl üçüncü gecə atışma olub.

Yenixeber.org: Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Atışma nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, aprelin 22-də Pahalqamdakı turizm mərkəzində 26 nəfər öldürülüb və Hindistan buna görə Pakistan tərəfini ittiham edir, İslamabad isə bu ittihamları əsassız sayır.

Tərəflər qarşılıqlı olaraq bir-birlərini sərhəddə təxribat xarakterli atəş açmaqda günahlandırır.

Xatırladaq ki, turizm mərkəzində baş verən hadisədən sonra Hindistan su resurslarının bölüşdürülməsi ilə bağlı müqavilənin müddətini dayandırıb, Pakistanla əsas quru keçid məntəqəsini bağlayıb, pakistanlıların vizalarını ləğv edib, diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.

Buna cavab olaraq Pakistan hindistanlı diplomatlar və hərbi müşavirlərin ölkədən çıxarılması barədə qərar qəbul edib, hindistanlılar üçün vizanı ləğv edib, əsas quru keçid məntəqəsini bağladığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam