Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir-FOTOLAR

 

Sərfəli mobil operator “Nar”ın əsas tərəfdaşlığı, Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan “Her Art in Action” festivalı uğurla yekunlaşıb. “Xəyal etmək azadlığı” mövzusuna həsr olunan festival qadınların daxili dünyasını incəsənət vasitəsilə ifadə etməsinə və onların yaradıcılıq imkanlarını genişləndirməsinə töhfə verib.

Yenixeber.org: Sosial inklüzivlik strategiyası çərçivəsində “Nar” 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edib. Onlar üçün xüsusi kurator gəzintisi və təqdimatlar təşkil olunub. Bu təşəbbüs “Nar”ın incəsənətə çıxış imkanlarını artırıb, gəncləri yaradıcılığa təşviq etmək istiqamətindəki öhdəliyini əks etdirib.

Festival çərçivəsində Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə keçirilən sərgidə 23 yerli, 3 beynəlxalq rəssam və 1 beynəlxalq kurator iştirak edib. Rəsm, video, performans və instalyasiyaları əhatə edən ekspozisiya sənətin transformativ gücünü – müqavimət və yenilənmə vasitəsi kimi rolunu vurğulayıb. Bundan əlavə, festival çərçivəsində sənətçi çıxışları, portfolio baxışları və ustad dərsləri kimi müxtəlif tədbirlər də keçirilib, peşəkar inkişaf və yaradıcılıq mübadiləsi üçün zəmin yaradılıb.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam