Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Tofiq Yaqubludan YENİ XƏBƏR:...və ümumi zəiflikdən şikayət edir

Adil Qeybulla Tofiq Yaqubludan yeni xəbər gətirdi

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu gün - aprelin 22-də Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimlərilə birlikdə Umbakı qəsəbəsindəki təcridxanada Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu müayinə edib.
Yenixeber.org: Bu barədə Adil Qeybullanın özü bildirib.
"Bu gün, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində Tofiq Yaqublunu müayinə etdik. Müayinə prosesində Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər.

Hemodinamik göstəricilər kompensator stabildir. Aclığa bağlı çəki itkisi davam edir, çəkisi – 83 kq-dır. Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq və ümumi zəiflikdən şikayət edir. Huşu aydındır, təmas və kommunikasiya adekvatdır. Orqanizmin su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparılması tövsiyə edildi. Razılıq alındıqdan sonra 3 saat müddətində prosedurlar icra edildi. İnfuziya ağırlaşmasız keçdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, Tibb Baş İdarəsinə və Umbakı Penitensiar kompleksinin rəhbərliyinə yaradılan imkan üçün öz adımdan təşəkkür edirəm", - A.Qeybulla qeyd edib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun səhhətinin mütəmadi nəzarət altında saxlanması məqsədilə yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb Baş İdarəsinə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə Tofiq Yaqublu 9 müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam