Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ankaradan İrəvana mesaj:Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

 

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə bəzi açıqlamalar verib.

Yenixeber.org xəbər verir ki, Serdar Kılıç Türkiyənin Ermənistandan Konstitusiyaya dəyişiklik tələbini edib-etmədiyi barədə suala belə cavab verib:

"Baş nazir Nikol Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib. Bu kontekstdə Ermənistan öz Konstitusiyasına lazımi dəyişiklikləri edəcək".

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq tam razılaşdırılıb və 17 paraqrafdan ibarətdir. Azərbaycanın sülh təşəbbüslərinə əsaslanan bu sənəd hər iki ölkənin nümayəndələrinin uzunmüddətli və səmərəli danışıqları nəticəsində formalaşıb.

Rəsmi Bakı sülh müqaviləsinin mətnin hazırlanmasında heç bir əlavə şərt irəli sürməyib, ancaq Azərbaycan mövcud reallıqların qəbul olunmasını istəyir. Bunun üçün Ermənistan cəmi 2 şərti yerinə yetirməlidir:

-  ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə razılaşmalıdır;
- Ermənistan Konstitusiyasına dəyişiklik edilməlidir.

Qeyd edək ki, Türkiyə Ermənistan-Azərbaycan danışıqlarını diqqətlə izləyir və Ankara Bakının haqlı şərtlərini müdafiə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam