Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Hakan Fidan: BMT beynəlxalq tələblərə cavab verə bilmir

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq tələblərə cavab verə bilmir.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Aralıq dənizinin qəlbində təkcə bir forum deyil, insanlığın ortaq dəyərini müdafiə edən mərkəz tikir: 

“Bu il də forumumuz fərqli səsləri və baxış bucaqlarını bir araya gətirir. Tədbir qısa müddətdə beynəlxalq arenada böyük dəyər qazanıb və bu əsas da dünya miqyasında tələblərə cavab verdiyini deyə bilərik. Üç gün ərzində dünyanı narahat edən problemlərə işıq tutmağa çalışacağıq. Burada yeni əməkdaşlıq platformalarını birlikdə müzakirə edəcəyik”.

Türkiyə XİN başçısı vurğulayıb ki, mövcud vəziyyət diplomatiyanın kökündən dəyişdiyi bir məqama gətirib çıxarıb:

“Məlumat çoxluğu beynəlxalq böhranlara da səbəb olub. Bu isə diplomatiyaya yeni baxışı formalaşdırmağı zəruri edib. Silahlanma prosesinin aktivləşməsi yenidən müşahidə edilir. Beynəlxalq sistemə yönələn ən böyük təhdid baş verənlər fonunda qaranlıq gələcək. Çoxqütblülük düzgün idarə olunmalıdır. BMT tələblərə cavab verməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam