“Azerbaijan İnternational Telecom” MMC (Azİntelecom) ötən gün keçirmək istədiyi tenderdən məhrum olub.
Yenixeber.org: Şirkət bu dəfə IT Malların satın alınması üçün müsabiqə elan etsə də, nəticələri ləğv olunub.
Rəqmi qaynaqlarda qeyd edilir ki, həmin malların alınması üçün MMC 550 min manat pul ayırıbmış. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin nəticələrini məqbul saymayıb. Və bir sıra qanun pozuntuları da aşkarlayıb.
Redaksiyamıza daxil olan məlumatlara görə, AİİBNDX bununla bağlı Maliyyə Nazirliyinə tərtib etdiyi qərar və protokol göndərərək, onlardan məsələnin araşdırılmasını istəyib. Lakin həmin sənədlərdə “Azİntelecom”un konkret olaraq hansı qayda və qanunları pozması barədə qeydlərin olduğu barədə məlumat yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.(tribunainfo.az)
Qeyd edək ki, “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.