Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT

Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto

Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almaqdadır.

Yenixeber.org: Son olaraq rayonun Yusif Vəzir Çəmənzəminli küçəsində bu qanunsuzluğa yol verilib. Belə ki, yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilməkdədir. Buna isə yerli icra hakimiyyət orqanı icazə verməsə, qeyri-mümkündür. Ümumiyyətlə, Bakıda daşı daş üstə qoymaq üçün yerli icra orqanlarının “xeyir-duası” olmalıdır. Ona görə də Nərimanov rayonunda icra başçısı Elgün Həbibullayevin razılığı olmasaydı, Y. V. Çəmənzəminli küçəsində fotoda gördüyünüz obyekt tikilə bilməzdi.

Bu da tikinti normalarının və qanunların pozulmasıdır. Eyni zamanda, yada salmaq yerinə düşər ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Göründüyü kimi, Nərimanov İH rəhbəri E.Həbibullayev dövlət başçısının tapşırığını qulaqardı edərək, öz maraqlarını üstün tutub və belə bir özbaşınalığa “yaşıl işıq” yandırıb. Bildirilir ki, bu qanunsuzluğa İH-nin xəbəri olmadan yol verilibsə, o zaman E. Həbibullayevin əmri əsasında əraziyə nümayəndələr göndərilə və araşdırma aparıla bilər.(tribunainfo.az)

Gülşən


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam