Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Nəsimidə yerləşən evə pəncərədən daxil olurlar? -AÇIQLAMA/FOTOLAR

 

Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması və həmin şəxsin mənzilə pəncərədən daxil olması ilə bağlı məlumatlar yayılıb.

Yenixeber.org xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb.

"Sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş tərəfindən mənzilin bir mövcud girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib".

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam