Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Xaçaturyan: Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir

Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.

Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan martın 31-də İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

Ermənistan prezidenti bu barədə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivlərinə toxunarkən danışıb.

“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Bizim qarşımızda regionda, xüsusən də Azərbaycanla sülhün bərqərar olması vəzifəsi durur və bu məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, mövcud və olacaq çətinliklər aşılandır və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”, - o deyib.

Xaçaturyan həmçinin bildirib ki, müharibə və münaqişələr dövrü arxada qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün artıq resurslar yoxdur.

“1988-ci ildən, daha geniş miqyasda isə 1991-ci ildən müharibə vəziyyətindəyik. Mən regionumuzdakı digər münaqişələrdən danışmıram... Optimizm realizmə əsaslanır: biz realistik və Azərbaycanla yanaşmalarımızı uzaqlaşdırmayan, əksinə, onları yaxınlaşdıran addımlar atırıq. Eyni qaydada davam edəcəyik və əminik ki, həmin gün gəlib çıxacaq. Çünki çoxları bu razılıq çərçivəsində mövcud olan fikir ayrılıqlarının aradan qalxacağına inanmırdı, amma martda məlum oldu ki, bu, mümkündür”, - Ermənistan prezidenti vurğulayıb və əlavə edib ki, hazırda masada hazır sənəd var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam