Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İran ABŞ-ı hədələdi

İran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiyada yerləşən ABŞ-Böyük Britaniya hərbi dəniz bazasına zərbə endirəcək.

Yenixeber.org: Bu barədə “The Telegraph” İranın yüksək rütbəli hərbi rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi ABŞ tərəfindən İrana hücum edilərsə, Hind okeanındakı Britaniya-Amerika hərbi dəniz bazasının vurulacağını deyib:

“İrana hücum edilərsə, Britaniya və ya ABŞ qüvvələrinin hədəfə alınmasında heç bir fərq olmayacaq. Əgər bazanız amerikalılar tərəfindən istifadə edilərsə, hədəfə alınacaqsınız”.

Qeyd edək ki, Vaşinqton sözügedən bazada uzaqmənzilli bombardmançı təyyarələrini yerləşdirib. ABŞ-ın Strateji Komandanlığının sözçüsü bu həftənin əvvəlində B-2 Spirit bombardmançılarının Çaqos adalarındakı Dieqo Qarsiya Dəniz Dəstək Mərkəzinə göndərildiyini təsdiqləyib.

Böyük Britaniya hökumətinin sözçüsü isə İranın bu təhdidlərini ən sərt şəkildə pislədiyini bildirib:

“Britaniya hökuməti gərginliyin azaldılmasını təşviq etmək üçün regiondakı tərəfdaşları ilə əməkdaşlığını davam etdirir. Dieqo Qarsiyadakı baza Böyük Britaniya və ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və regional, eləcə də beynəlxalq təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.”

Dieqo Qarsiyadakı hərbi baza daha əvvəl ABŞ-ın İraq və Əfqanıstana endirdiyi hava zərbələri üçün istifadə edilib. Bazanın mövcudluğu regionda genişmiqyaslı hava əməliyyatlarının həyata keçirilməsinə imkan yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam