Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyada küçə heyvanlarını yemləmək qadağan edilə bilər

 

Rusiyada küçə heyvanlarını yemləmək, həmçinin onların tutulmasına mane olmaq və evdə gizlətmək qadağan edilə bilər. 

Yenixeber.org xəbər verir ki, bu müddəalar Rusiya Dövlət Dumasının deputatları tərəfindən hazırlanan qanun layihəsində öz əksini tapıb.  

Layihəyə əsasən, küçələrdən tutulan sahibsiz heyvanlar insanlara, onların əmlaklarına, habelə digər heyvanlara zərər vurduqda və ya zərər vurma təhlükəsi yaratdıqda onların sığınacaqda evtanaziyasına icazə verilməsi təklif edilir. Hazırda qüvvədə olan “Heyvanlarla məsuliyyətli rəftar haqqında” Federal Qanuna görə isə sığınacaqlardakı sahibsiz heyvanlar yalnız onların dözülməz fiziki ağrılarını dayandırmaq üçün evtanaziya edilə bilər.

Layihədə qeyd olunur ki, əgər heyvanın boynunda sahibi haqqında məlumat olan birka varsa, ancaq müəyyən edilmiş müddət ərzində müvafiq müraciət əsasında o, sahibinə təhvil verilə bilər. Digər dəyişiklikdə müəyyən edilib ki, heyvanın sahibi itkin düşdüyü gündən sonra üç gün ərzində itki ilə bağlı məlumat verməlidir, əks halda həmin şəxs heyvanı küçəyə atmış hesab olunacaq. Nəhayət, layihə evsiz heyvanların müvəqqəti saxlama yerlərindən və sığınacaqlardan kənarda saxlanılmasını qadağan edir.

Deputatlar, həmçinin İnzibati Xətalar Məcəlləsinə sahibsiz heyvanların tutulmasının qarşısının alınmasına görə cərimələri nəzərdə tutan əlavələr hazırlayıblar. Ərazilərində sahibsiz heyvan göründükdə ovlama xidmətinə müraciət etməyən hüquqi şəxslər üçün ayrıca cərimənin tətbiqi təklif edilir. 

Səs-küylü qanun layihəsi fevralın 28-də Dövlət Dumasına təqdim edilib. Mənbənin məlumatına görə, sözgedən layihənin hazırlanmasına səbəb bir müddət əvvəl Soçidə iki itin 9 yaşlı uşağa hücum edərək onun üzünü parçalamasıdır. Lakin təklif olunan qanun layihəsi Rusiyanın bəzi şəhərlərində heyvansevərlərin hiddətinə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam