Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Aİ-nin “kölgə ordusu”nu darmadağın edəcəyik- Macarıstanın Baş naziri

 

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) işləyən qlobal “kölgə ordusu”nun olduğunu iddia edib.

Yenixeber.org: O, Brüssel rəhbərliyinin bu ordu ilə ölkəsini ələ keçirməyə çalışdığını iddia edib. Baş nazir Aİ-yə xidmət edən qlobal “kölgə ordusu”nun mövcud olduğunu iddia edərək onu ləğv edəcəyinə söz verib. Orbanın sözlərinə görə, ölkəsində xarici qüvvələrin maraqları üçün çalışan insanlar var. O, Macarıstanı bu insanlardan xilas edəcəyini deyib.

"Biz siyasətçiləri, hakimləri, jurnalistləri, sözdə vətəndaş cəmiyyəti təşkilatlarını və siyasi fəalları satın almaq üçün korrupsiyalaşmış dollarlardan istifadə edən maliyyə maşınını dağıdacağıq. Bütün kölgə ordusunu məhv edəcəyik", - Orban deyib.

Orban Aİ-nin Ukrayna ilə bağlı siyasətini də tənqid edib. O, Brüsselin Ukraynanı müstəmləkə etmək istədiyini iddia edib: "İmperiya Ukraynaya kömək yox, onu müstəmləkə etmək istəyir. Müstəmləkəçiliyin aləti müharibədir. Avropa hökmdarları qərara gəliblər ki, Ukrayna nəyin bahasına olursa-olsun, mübarizəni davam etdirməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam