Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

“Baku Steel Company” məhkəmələrdə qalıb -SƏBƏB

“Baku Steel Company” məhkəmələrdə qalıb

Nərimanov rayon Məhkəməsində “Baku Steel Company” ilə bağlı baxılan protokol mart ayının 18-nə təxirə salınıb. Şirkətlə bağlı növbəti proses gələn həftə baş tutacaq.

Yenixeber.org: “Baku Steel Company” İXM-nin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydalari əleyhinə olan 462.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

18 mart tarixində “Baku Steel Company” ilə bağlı baxılacaq iş hakim Gültəkin Əsədovanın icraatındadır.

Qeyd edək ki, “Baku Steel Company” QSC Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavod rəsmi olaraq 2001-ci ildən fəaliyyətə başlayıb. Şirkətin hazırda Baş Direktoru Kamal İbrahimovdur.(tribunainfo.az)

Qarşı tərəfi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam