Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Azərbaycanda plastik cərrahi əməliyyatlar bahalaşıb? -AÇIQLAMA

 

Son aylarda plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı aparılan yoxlamalar sektorda ciddi dəyişikliklərə səbəb olub. Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bir neçə cərrahın sertifikasiyası ləğv edilib. Hazırda araşdırmalar davam edir.

Yenixeber.org: Mütəxəssislərin sayının azalması və bəzi klinikaların fəaliyyətini dayandırması plastik və estetik xidmətlərin qiymətlərinin artmasına gətirib çıxarıb.

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu sahədə çalışan həkimlər xidmət haqlarını yüksəldiblər. Onların əsas arqumenti sektorda daha az mütəxəssisin qalması və keyfiyyətli xidmət göstərənlərin seçilməsidir. 

Hazırda plastik cərrahların bir çoxu bu mövzu ilə bağlı rəsmi açıqlama verməkdən çəkinir. Bununla belə, prosesin nəticələri və sektordakı dəyişikliklər yaxın günlərdə daha dəqiq məlum olacaq.

Mövzu ilə bağlı Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə əlaqə saxlanılıb.

O bildirib ki, hələlik bahalaşma müşahidə olunmur: “Çünki hazırda əməliyyatlar da azalıb. İnsanlar Səhiyyə Nazirliyinin keçirdiyi yoxlamalar səbəbilə əməliyyat olmaqdan ehtiyat edirlər. Qiymət artımı olması ilə bağlı ortaya atılan şayiələr həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. 31 yanvaradək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam