Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib -FOTOLAR

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Azərbaycanda səfərdə olan "İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi"nin rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerard QMİ sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirilib. 

O qeyd edib ki, A.Paşazadəni bu ilin payızında kilsənin ənənəvi ümumi yığıncağında fəxri qonaq qismində görmək arzusundadır və bununla bağlı QMİ sədrinə müvafiq dəvət məktubu ünvanlayacaq.

A.Paşazadə amerikalı qonaqları kilsənin Azərbaycanda qeydiyyatdan keçməsi, Azərbaycanın dinlərarası ailəsinə qoşulması münasibətilə təbrik edib.

Tərəflər qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq ikitərəfli əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi A.Cavadov da iştirak edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam