Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Dövlət Komitəsinin əməkdaşları Bakıda saxlanılan ermənilərin saxlanma şəraiti ilə tanış olub

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçirib.

Yenixeber.org xəbər verir ki, bu barədə Tural Hüseynovun “Report”a verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman preparatları ilə təmini və s. olub.

O qeyd edib ki, başçəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər, Qusar rayonunda saxlanılan terrora cəhddə təqsirləndirilən 6 nəfər, axtarışda olaraq İordaniyadan Azərbaycana gətirilən Azər Bağırov, dövlətə xəyanətdə təqsirləndirilən İlkin Qəmbərov və digər şəxslərlə görüşlər keçirilib.

"Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizor və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir”, - T.Hüseynov vurğulayıb.

Komitə sədri əlavə edib ki, təcridxanada təmirdən sonra saxlanma şəraiti daha da yaxşılaşıb: “Bütün otaqlarda havalandırma var. Hər kameranın özünün hamam və tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda açıq havaya çıxarılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam