Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

 

Bu gün Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir. 

Yenixeber.org xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub.

Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızıstanın 150-yə yaxın turizm nümayəndəsi iştirak edir.

Forumun açılışı Alyansa üzv dövlətlərin xizək təlimçilərinin öz milli musiqilərinin müşayiəti altında yürüşü ilə başlayıb.

Martın 6-na kimi davam edəcək Forumda Alyansın 2025-2026-cı ilə dair fəaliyyət planı, dağ turizminin inkişafı və turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili, Alyans ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, təşkilatın inkişafında vahid standartın yaradılması, qış turizminin inkişafında dövlət dəstəyinin təşkili, həmçinin Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılmasına dair məsələlər və layihələr müzakirə olunacaq.

Forum çərçivəsində Alyans ölkələrinin nümayəndələri arasında xizək yarışı və milli mətbəx festivalı təşkil ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam