Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Bakı Apellyasiya Məhkəməsindən qaziyə qarşı “VİCDAN TERRORU” -Rafael Eyvazov və dəstəsinin qeyri-prosessual hakimliyinə qiymət veriləcəkmi?

Məhkəmələr Ali Məhkəmənin Plenumunun formalaşdırdığı vahid məhkəmə təcrübəsini yox, kənardan sifarişi, inzibati məhkəmənin iddianın mümkün sayılmaması haqqında saxta qərardadını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi- preyudisial akt (??) kimi tətbiq edib.

Bu iddia jurnalist Məğrur Bədəlsoy tərəfindən Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

Məlum aktuallığını nəzərə alıb, yazını olduğu kimi, dərc edirik:

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun bu sətirlərin yazarı 1-ci dərəcəli Qarabağ əlili-qazisinə qarşı qeyri-prosessual  məhkəmə davasının kənardan sifarişdən qaynaqlanması bir yana, vicdansız davranışa, özbaşınalığa, yüksək HAKİM A(N)DININ 3-5 manata qurban edilməsinə  qiymət verilməməsi Məhkəmə Hüquq Şurasının (MHŞ) da oyuncaq qurum olduğu fikrini formalaşdırıb. MHŞ-nın bir ilə yaxındır şikayətlərə baxmaması Qarabağ qazisinə qarşı “VİCDAN TERRORU”nun sürdürülməsinə nədən olub. Halbuki hakimlər haqqında intizam icraatının başlanılmasına səbəblər sırasında fiziki və hüquqi şəxslərin şikayətləri və mediada dərc olunmuş məlumatlar öndə gedir. MHŞ-nın hərəkətsizliyinə baxın, DİN, Bakı şəhər Baş Polis İdarəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun qanunazidd hərəkətlərindən şikayəti araşdırmağı  Yasamal RPİ-yə tapşırıb, baş prokurorluq ali dövlət hakimiyyəti orqanları kimi MHŞ-yə müraciət edib, amma MHŞ vəzifəsini icra etmir. Ona görə də Bakı AM-in yataqda 1-ci dərəcəli Qarabağ əlilini məhkəməyə müraciətinə görə 400 manat (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə), kassasiya şikayəti vermək üçün vəkillə təminatına ərizə verdiyinə görə 100 manat (Fuad Abdıyev, Cəmilə Musayeva, Fuad Babayev) VİCDAN CƏRİMƏLƏRİ” sürür.  Biz hələ sədri İlham Kərimli ( Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi) olan Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyevanın (VÖEN 1400028632) hakimə etiraza görə 300 manatlıq cərimə bazarlığıdemirik. Özü də toplam 800 manatlıq cərimə özbaşınalığı, vicdansız davranış faktı anında icra sənədi verməklə gecə ilə icraata yönəldilib. QARABAĞ QAZİSİNİN XEYRİNƏ ÇIXARILAN 10 (!) MƏHKƏMƏ QƏRARININ İCRASI İSƏ NƏİNKİ TƏMİN OLUNUR, HEÇ 17 İLDİR İCRAYA BELƏ YÖNƏLDİLMİR; HEÇ TƏLƏBKAR QARABAĞ QAZİSİNİN ƏRİZƏLƏRİ QƏBUL BELƏ EDİLMİR, ƏRİZƏLƏR MÜMKÜNSÜZ, YOLVERİLMƏZ SAYILIR!(?) Bu da hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli məhkəmə araşdırması hüquq və azadlığı!

Bakı AM-in “vicdan terroru”nun məhkəməyə müraciətinə-iddia ərizəsi verdiyinə görə (?) başlanılması da absurddurərizəçi Qarabağ qazisini şantajla konstitusion məhkəmə təminatı hüququndan çəkindirmək amacı ilə edilib. Ən başlıcası, axı apellyasiya instansiyasına iddia ərizəsi verilmir! Eyni zamanda birinci instansiyaya da iddia ərizəsi yox, Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 14-cü bəndinin 2-ci cümləsinə əsasən hərbi hissələrin, hospitalların, hərbi komissarlıqların verdiyi DÖYÜŞLƏRDƏ YARALANMA, MÜALİCƏDƏ OLMA VƏ S. barədə ARAYIŞLARIN, BİLDİRİŞLƏRİN VƏ DİGƏR SƏNƏDLƏRİN ŞƏXSƏ MƏXSUS OLMASI FAKTININ müəyyən edilməsinə ƏRİZƏ verilib.  Məhkəmələr Ali Məhkəmənin Plenumunun formalaşdırdığı vahid məhkəmə təcrübəsini yox, kənardan sifarişi, inzibati məhkəmənin iddianın mümkün sayılmaması haqqında saxta qərardadını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi- preyudisial akt (??) kimi tətbiq edib. Guya eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur bu səbəbdən MPM-in 153.2.2-ci maddəsinə görə iddia yolverilməzdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmaması bir yana, axı Rafael Eyvazov, Fuad Babayev, Cəmilə Musayeva üçlüyünün vicdandan kənar saydığı işdə TƏRƏFLƏR EYNİ DEYİL! Bu yekəlikdə üçlük görmür ki, qanuni qüvvəyə minmiş saydıqları qətnamədə MARAQLI ŞƏXS(lər) DİN DAXİLİ QOŞUNLARI və MÜDAFİƏ NAZİRLİYİ, bax(ma)dıqları işdə isə SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİDİR? Nə vaxtdan bu hərbi qurumlar EYNİ TƏRƏFLƏR olub? Biz hələ məhkəmənin əsaslandığı qətnamənin Ali Məhkəmənin qərarı ilə ləğv olunması faktını demirik. Düzdür, birinci instansiya- Nərimanov məhkəməsinin hakimi Nərgiz Tağıyeva 7 aydır özü ərizəçinin şikayətini QİSMƏN (MPM-qismən təmin edilmə yazılmayıb) təmin edərək qərardadını TAM LƏĞV EDİB, di gəl, hələ də sonrakı prosessual hərəkətləri etmir. Əsas”- Ali Məhkəmənin başqa məhkəmə” sayılmasıdır.(??) Ali Məhkəməni “başqa məhkəmə” sayıb, kassasiya icraatında iş olması əsası ilə ərizənin yolverilməzliyi hansı məcəllədə yazılıb? 7 aydır nə Ombudsman, nə Ali Məhkəmə, nə MHŞ bu qeyri-prosessual özbaşınalığa qiymət verə bilmir.   Bakı Apellyasiya Məhkəməsinin qeyri-prosessual özbaşınalığı, vicdansız davranışı isə hələ də eybəcər formada sürür. Bütün şikayətləri eyni qərəz heyəti- Rafael Eyvazov, Fuad Babayev, Cəmilə MusayevaVahid Sadıqov, Xumar Mərdanova, Sabit  Bəhrəmzadə üçlüklərinə (digər heyətlər də Rafael Eyvazovun qanunsuz göstərişlərinə boyun əyirlər) verilir və etiraza,  şikayətin dəlillərinə baxmadan aşağı instansiyanın qanunsuzluğu qüvvədə saxlanılır. Apellyasiya instansiyası açıq şəkildə“VİCDAN TERRORU”NU sürdürür. Bəs MHŞ niyə vəzifəsini icra edib monitorinq aparmır, işlərin “TƏSADÜFƏN” eyni qərəz heyət(lər)inə verilməsinə qiymət vermir? Bəs Ali Məhkəmə niyə vahid məhkəmə təcrübəsinin pozulmasına susur? Bəs prokurorluq? Bəs PA, bəs MM, bəs ... Bəs deyil, Rafael Eyvazov və dəstəsinin 1-ci dərəcəli Qarabağ qazisinə qarşı məhkəmə savaşına, qərəz hakimliyinə, etikadan kənar vicdansız davranışına “BƏSDİR!” deyən olacaq?

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam