Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Moskvada benzin qıtlığıdır...

Ukrayna dronlarının neft emalı zavodlarına zərbələri fonunda Rusiyada yanacaq böhranı dərinləşir.

Yenixeber.org: Məlumata görə, bir çox regionlarda yanacaqdoldurma məntəqələri artıq bir müştəriyə 10–20 litrdən çox benzin satmır, bəzi yerlərdə isə yalnız dizel yanacağı təklif olunur.

Müstəqil Yanacaq İttifaqının (MYİ) prezidenti Pavel Bajenov bildirib ki, bu məhdudiyyətlər şəbəkə sahiblərinə böhran dövründə məntəqələri tam bağlamamaq üçün tətbiq olunur:

“Əks halda, bəzi kiçik yanacaqdoldurma məntəqələrinin müvəqqəti bağlanması qaçılmaz olardı”.

Onun sözlərinə görə, məhdudiyyətlər əsasən Mərkəzi Rusiyada, Volqaboyunda, ölkənin cənubunda və Uzaq Şərqdə qüvvəyə minib.

Moskva, Leninqrad, Ryazan və Nijni Novqorod vilayətlərində fəaliyyət göstərən yanacaq biznesinin nümayəndələri də benzin satışına limit tətbiq olunduğunu təsdiqləyiblər.("İzvestiya")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam