Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Sərnişinlərin nəzərinə: COP29 dövründə Bakı aeroportuna necə rahat çatmaq olar?

 

Bakıda keçirilən COP29 konfransı ilə əlaqədar şəhərin əsas küçə və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə hava limanına vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Yenixeber.org: Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.

COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu “28 May” m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə “Əhmədli” m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.

Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.

Xatırladaq ki, Bakı hava limanının qarşısındakı dayanacaq zonası 14 noyabr tarixinədək xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam