Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bələdiyyələrin birləşdirilməsi Milli Məclisə həvalə olunur -EKSKLÜZİV

 

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi Milli Məclisə həvalə olunur.

Yenixeber.org-un məlumatina görə, bu barədə Milli Məclisə daxil olan “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.

Mövcud qanunvericiliyə görə, bələdiyyələrin birləşməsi üçün birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir. Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu bələdiyyələrin birləşməsinin “lehinə” səs verdikdə, bələdiyyələr tərəfindən onların birləşməsi haqqında qərar qəbul edilir və baxılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunur. Milli Məclis isə bələdiyyələrin birləşməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

Dəyişikliyə əsasən, birləşmək istəyən bələdiyyələr özləri birbaşa Milli Məclisə müraciət edəcək və parlament müvafiq qaydada qərar qəbul edəcək.

Qanun layihəsinin gələn həftə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bu gün Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb... Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam