Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ŞOK GÖRÜNTÜLƏR yayıldı : Navalnının cəsədi... -FOTO

 

Fevralın 16-da Rusiyada saxlandığı həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünün dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Yenixeber.org xəbər verir ki, Rusiyanın müxalif media qurumları Nalvanının cəsədinin Yamalo-Nenets Muxtar Bölgəsindəki həbsxanadan morqa aparıldığı anları əks etdirdiyi iddia edilən görüntüləri paylaşıb.

Təhlükəsizlik kamerasının görüntülərinə görə, fevralın 16-dan 17-nə keçən gecə konvoyda əvvəlcə polis maşını, daha sonra sedan əks olunur. İki avtomobildən sonra Navanının cəsədinin olduğu iddia edilən həbsxana mikroavtobusu onun yanından keçir və polis maşını onun ardınca gəlir.

rus-muhalifler-navalnynin-cenaze.jpg (165 KB)

Nobel mükafatlı rusiyalı dissident jurnalist Dmitri Muratova məxsus “Novaya qazeta” bildirib ki, Navalnının cansız cəsədi Labytnangi həbsxanasından çıxarıldıqdan sonra yarılma üçün Salekhard şəhərindəki Regional Klinik Xəstəxananın meyitxanasına aparılıb.

Rusiya İstintaq Komitəsi Navalnının vəkilləri və ailəsi ilə əlaqə saxlayıb. Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabında açıqlamasında deyib: “Müstəntiqlər ailəyə və vəkillərə kimyəvi ekspertizalar aparılacağını və ən azı 14 gün daha meyiti qaytarmayacaqlarını bildiriblər”.

Navalnının tərəfdarları cəsədin ailəyə qaytarılması üçün onlayn petisiyaya başlayıb.(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam