Nobel sülh mükfatının qəribə hekayəsi
Xeberinfo.com: Nobel mükafatı bildiyimiz kimi, kimya, fizika, tibb-fiziologiya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə təqdim edilən ən ali mükafat sayılır. Mükafatın təsisçisi kimyaçı, tacir, milyarder Alfred Nobel olmuşdur.Mükafatın yaradılma səbəbi isə Alfred Nobelin özü haqqında qəzetdə gördüyü bir başlıq olmuşdur.Qardaşı Lüdviq Nobelin ölüm xəbərini fransalı jurnalist səhv anlayaraq Alfred Nobelin ölümü kimi başa düşüb.Bununla bağlı öz məqaləsində bu xəbəri “Ölüm taciri dünyasını dəyişdi” kimi təqdim edib.Jurnalistin Nobeli “ölüm taciri” adlandırmasının səbəbi isə dinamitin kəşfi idi. A. Nobel məlum olduğu kimi, bu partlayıcı maddəni kəşf etmiş və bunun satışından da xeyli gəlir əldə etmişdi. Bu səbəblərdən dolayı o dövrlərdə Nobelə “ölüm taciri” ləqəbi qoyulmuşdu. Bu pis şöhrətdən qurtulub arxasında yaxşı bir miras qoymaq adına A. Nobel vəsiyyətnamə yazaraq sərvətinin böyük qisminin öz adına bir mükafatın tərtib edilməsi üçün ayırlmasını vəsiyyət edir. Vəsiyyətnamədə mükafatların hansı sahələr üzrə, hansı şərtlər daxilində verilməli olduğunu, mükafatı hansı qurumların verəcəyini, mükafatın maliyyə mənbəyinin necə təmin olunacağını və s. hamısını qeyd edir. Vəsiyyətnaməyə əsasən, mükafatı elm sahələri üzrə İsveç Kral Elmlər Akademiyası, sülh mükafatını isə Norveç Nobel Komitəsi təyin etməlidir.Mükafatın dəyəri isə bir medal, diplom və təxminən 1.5 milyon ABŞ dolları məbləğində pul vəsaitini əhatə edir.Mükafatın maliyyə olaraq daimi şəkildə təmin edilmə mexanizmi isə Nobel fondunun ortaq olduğu və hissədar olduğu şirkətlərin gəlirlərindən gələn illik faizlər əsasında qarşılanmalıdır.
(Şəkil 1. Alfred Nobel)
Mükafatın təsis edilməsi ilə bağlı standart məlumatları təqdim etdim.İndi isə gəlin bu mövzu ilə bağlı maraqlı bəzi məqamlara göz gəzdirək.Alfred Nobelin gəlir mənbəyi nə idi və Nobel fondu necə qurulmuşdu?
A. Nobelin atası 1842-ci ildə Finlandiyadan Rusiyaya köçür. İmkanlı olan ailə bir müddət kasıblasa da, Krım müharibəsində ordunun mina ehtiyacını qarşılayaraq yenidən zəngin olur. A. Nobelin atası yaxşı təhsil alması üçün onu xaricə göndərir. A. Nobel xüsusi müəllimlər tərəfindən yetişdirilərək bir neçə xarici dili mükəmməl öyrənir, ədəbiyyata meyil edir. Lakin daha sonra kimya ilə maraqlanmağa başlayır.Kimya təhsili üçün bir neçə ölkəni gəzdikdən sonra Parisdəki tanınmış kimyagər T.J.Pelouzenin labaratoriyasında nitroqliserinin ixtiraçısı Askanio Sobrero (Ascanio Sobrero) ilə birlikdə araşdırmalar aparır.Krım müharibəsi bitdiyinə görə silah sifarişi də sona çatır və Nobel ailəsi yenidən müflis olur.Ailə Stokholma qayıdır, Robert və Lüdviq Nobel Qardaşları isə Peterburqda qalırlar.Nitroqliserin üzərində apardığı araşdırmalarda baş verən partlayış zamanı bacısı Emili (Emily) və 4 nəfər həyatını itirir.Lakin A. Nobel araşdırmalarına davam edib, nitroqliserini idarə edilə bilən hala salaraq dinamit partlayıcısını yarada bilir.Bu partlayıcının patentini alır.Növbəti illərdə yeni bir partlayıcı barut kəşf edir. A. Nobel bu illər ərzində 355 patent alır. 20 fərqli ölkədə 100-ə yaxın şirkət qurur.Bu şirkətlərin hamısı silah və partlayıcı istehsal edirdi. O dövrdə bir çox ölkənin silah və partlayıcı ehtiyacı A. Nobelin şirkətləri tərəfindən qarşılanırdı. Rusiyada qalan Robert və Lüdviq qardaşları isə A. Nobelin dinamitlərindən istifadə edib neft yataqları tapmağa nail olmuşdular. Nobel qardaşları Rusiyada, Azərbaycanda və başqa bir çox ərazilərdə neft çıxarmaqla məşğul idilər, A. Nobel isə patentini aldığı partlayıcılar və qurduğu silah və partlayıcı istehsal edən şirkətləri hesabına milyarder olmuşdu.
Nobel mükafatını verən Nobel fondu isə Nobel qardaşları tərəfindən qurulmuşdu.O Nobel qardaşları ki, 1800-cü ilin sonlarında Bakıda “BraNobel” adlı bir neft şirkəti qurmuşdular. O illərdə Rotşild (Rothschild) tərəfindən qurulan “BNİTO” və Rokfeller (Rockfeller) tərəfindən qurulan“Standart Oil” adlı neft şirkətləri ilə birlikdə çalışan Nobel qardaşları Bakıdan hər yerə neft daşıyırdılar. 1900-ci illərdə bütün dünyada Bakı neft məhsulları satılırdı. Yəni nəticə etibarı ilə Nobel Fondunun mükafatlarının faizlərini təmin edəcək o qurumların sahibləri olan Rotşild və Rokfeller, yəqin ki, sizlərə də tanış gəldi. Bu şəxslərin XX əsrin formalaşmasındakı və milyonlarla insanın ölümündəki rolunu nəzərə alsaq, bu şəxslərin bu mövzuya aidiyyatının mənasını anlaya bilərik.
(Şəkil 2.Bakı XX əsrin əvvəli. Nobel Qardaşlarının Bakıdakı neft quyuları)
Nobel Fondunun ortaya çıxma tarixi barəsində ona görə məlumat verdim ki, Nobel Sülh mükafatının qəribə təltiflərinin hikmətini anlamaq bizə biraz asanlaşsın.Nobel Sülh mükafatının təltif edilmə qaydasına görə, mükafat "xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə" verilir. Lakin gəlin tarixdə və son illər ərzində Nobel mükafatı ilə təltif edilmiş, yaxud bu mükafata namizəd göstərilmiş maraqlı şəxslərlə tanış olaq.
Hitler
(Şəkil 3. Nobel Mükafatının rəsmi saytında Hitlerin namizədliyi ilə bağlı müraciət)
Hitlerin necə bir qatil olması, milyonlarla insanı öldürməsi, dünyaya gətirdiyi müharibələr və s. haqqında ətraflı məlumat yazmağıma, yəqin ki, ehtiyac yoxdur, bu barədə hər kəs məlumatlıdır. Maraqlı olan isə 1939-ci ildə Hitlerin Nobel sülh mükafatına namizəd göstərilməsi və müəyyən Qərbli çevrələr tərəfindən bu namizədliyin dəstəklənməsi olmuşdur.E.G.C Brandt adlı İsveç Parlamentinin deputatı 1938-ci ildə Hitleri Nobel Sülh mükafatına namizəd kimi göstərmişdir.Bu barədə Nobel mükafatı laureatının rəsmi saytında da məlumat yerləşdirilmişdir.Saytdakı məlumatın şəklini məqalədə də görə bilərsiniz.
Bu namizədliklə bağlı o dövrdə “New York Times”, “Times” və s. media orqanlarında dəstək məqalələri yazılsa da, Hitlerə mükafat verilməmişdir.
Teodore Roosevelt
Amerikan tarixində müharibələrlə yadda qalan bir prezident olan Ruzveltə 1906-cı ildə Nobel Sülh mükafatı verilmişdir. Prezidentlik dövrünün böyük qismini müharibələrlə keçirib, sadəcə bir sülh müqaviləsində tərəf kimi çıxış etdiyi üçün belə bir mükafatla təltif olunması biraz ironikdir.
Wodroow Wilson
Vudro Vilson müharibədən öncə bu mükafata layiq görülmüş olsa da, o dövrə qədər etdiyi silah satışları ilə bu mükafata çox uzaq biri olduğunu göstərmişdi, əslində.
Corc Bush və Tony Blair
(Şəkil 4. Corc Buş və Toni Bleyr)
2004-cü ildə İraqdakı sözdə “kimyəvi silahları” zərərsizləşdirdiyi, terrorizm təhdidini və beynəlxalq problemləri “sülh yolu” ilə həll etdikləri üçün İraqda müharibə başladıb 2 milyondan çox insanın ölümünə səbəb olan və bir ölkəni işğal edən bu iki tanınmış şəxs Nobel Sülh mükafatı verilməsinə namizəd göstərilib. Həm də Alfred Nobelin bu mükafat üçün ixtiyar sahibi təyin etdiyi Norveç Parlamentinin bəzi üzvləri tərəfindən.Halbuki İraqda kimyəvi silahlar yox idi.Bunu Toni Bleyr də, Buş da bilirdi.Kimyəvi silahlar böyük bir yalan idi.Müharibəni başlada bilmək üçün uydurulmuş böyük bir yalan.Bunu bu yaxınlarda Bleyrin özü də etiraf edərək üzr istədi. Lakin maraqlı məqamlardan biri də budur ki, müharibədə ölən milyonlarla iraqlıdan deyil, sadəcə orada ölən ingilis əsgərlərin valideyinlərindən üzr istədi və eyni zamanda verdiyi qərardan peşman olmadığını da dedi. Beləliklə də, İraqdakı insanları insan olaraq görmədiklərini, sırf o ölkəni işğal etmək üçün müharibə törədib milyonlarla insanı öldürdüklərini, milyonlarla insanı da şikəst qoyduqlarını, bütün İraqı məhv etdiklərini etiraf etmiş oldu.Eyni zamanda bu etirafın başqa bir tərəfi də, 11 sentyabr hadisələrinə dayanır.İraq müharibəsi bu hadisə ilə başladı.Toni Bleyrin etirafına əsasən, onların İraqda hansısa kimyəvi silah deposu barədə məlumatları yox idi və ümumiyyətlə,orda belə bir silah anbarı da aşkarlanmamışdı.Mütəxəsislərin araşdırmalarına görə də, 11 sentyabr terroru da məhz bu müharibəyə səbəb yaratma cəhdlərindən biri idi.Yəni bu insanlar öz xalqına qarşı süni terror aktı təşkil edərək İraqa hücum bəhanəsini hazırlamaq məqsədi ilə və buna xalqda razılıq yaratmaq üçün minlərlə vətəndaşının ölümünə razılıq verəcək dərəcədə “sülh” tərəfdarı idilər.
Barak Obama
(Şəkil 5. Barak Obama)<!--EndFragment--> ang=EN-US style='font-size:14.0pt;font-family:"Times New Roman","serif"; color:#252525;background:white'>Wodroow Wilson
Vudro Vilson müharibədən öncə bu mükafata layiq görülmüş olsa da, o dövrə qədər etdiyi silah satışları ilə bu mükafata çox uzaq biri olduğunu göstərmişdi, əslində.
Corc Bush və Tony Blair
(Şəkil 4. Corc Buş və Toni Bleyr)
Bir çox insan tərəfindən davranışları, intellekti insanlarla rahat ünsiyyətcilliyinə görə Obamaya qarşı sevgi duyulur. Obama məşhurluq, dəstəklənmə və s. baxımından Amerikanın ən öndə gələn prezidentlərindən biri oldu.Lakin sülh məsələsində də kamera önündə göstərdiyi qədər bacarıqlı idimi?Statistikalara əsasən, xeyir. Obama 8 il prezidentlik etdi. Prezident seçkilərində seçicilərə verdiyi vədlər var idi.Vədlərin içindəki ən əhəmiyyətli maddələr, silah-sursatın azaldılması, sülh sahəsində işlər görüləcəyi, İraq və Əfaqnıstandakı amerikan varlığına son qoyulacağı, müharibənin sona çatacağı idi.Bu vədlər gerçəkləşdimi?
Nəinki bu vədlər gerçəkləşdi, əksinə Amerika Obamanın dövründə vəd verdiyi sahələrdə daha da geriyə getdi.Obama hökümətinin rəhbərliyi ilə ABŞ təkcə 2016-cı ildə başqa ölkələrə saata 3 bomba atıb. Günə 72, həftəyə 504, ilə isə 26 172 bombalama deməkdir. Bir il ərzində ABŞ bu qədər bombanı 7 ölkəyə atmışdır. Bu bombaların 93% -i Suriya və İraqa atılmışdır.Bu bombalar nəticəsində isə ölmüş, zərərçəkmiş insanların sayını, hesabını təxmin etmək çox çətindir. Obama müharibəyə son qoyacağını söz verdiyi halda, arxasında dronlarla, bombalarla, hava hücumları ilə müşaiət olunan müharibə ilə keçən 8 ili miras qoydu. Sonda isə digər bütün Amerika prezidentlərindən daha çox müharibəyə zaman sərf edən Obamaya da Nobel Sülh mükafatı təqdim edildi.
Mixail Qorbaçov
Mixail Qorbaçov da Nobel Sülh mükafatına layiq görülmüş şəxslərdən biridir.Qorbaçovun Nobel Sülh mükafatına nə qədər layiq olduğunu müzakirə etməmişdən öncə sizə Qorbaçovun adı ilə bağlı bir bənzətmədən nümunə vermək istəyirəm.
Elm aləmində hansısa fikrindən, əqindəsindən dönən insanlara adətən o sahənin Qorbaçovu deyirlər.Bir nümunə verim; təkamül fərziyyəsi içində növlərin təkamülünü klassik darvinizmdən, yəni mərhələli şəkildə təkamül fərziyyəsindən başqa birdən-birə, anidən dəyişilmə - “Sıçrayışlı təkamül fərziyyəsi” modeli var. Bu modeli 1970-ci ilin əvvələrində tanınmış təkamülçülər Nayls Eldrik və Stefen Cey Quld ortaya atmışdılar. Təkamül fərziyyəsinə görə, canlılar təkamül keçirmişdilərsə, palentoloji qalıqlar arasında bunun milyonlarla nümunəsi tapılmalı idi. Lakin paleontoloqların tapdığı 600–700 milyon fosilin arasından bircə dənə də olsun Darvinin "mütləq tapılmalı olduğu"nu dediyi "ara-keçid formaları" tapılmırdı. Bu boşluğu görən Stefen Cey Quld və Nayls Eldrik də təkamül fərziyyəsinin bu müəmmasına alternativ bir cavab tapmaq üçün iddia etdilər ki, bəs canlılar, əslində, mərhələli deyil, “sıçrayışlı”, yəni birdən-birə təkamül ediblər. Mövzuya aidiyyatı olmadığı üçün fərziyyənin ətraflı izahını burda verməyəcəm.Lakin genetik olaraq bu yeni izahın da doğru olmadığı qısa bir müddətdə kəşf olundu.Bundan sonra bir çox klassik təkamülçülər bu mövzu ilə bağlı S.C. Quldu qınamağa başladılar. Təkamül fərziyyəsinin ən öndə gələn tənqidçilərindən biri Filip Conson S.C. Quldu “darvinizmin Qorbaçovu” adlandırdı. Qorbaçov Sovet İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar olduğunu düşünərək sistemdə “islahatlar” etməyə çalışmışdı.Lakin çatışmazlıq hesab etdiyi problemlər, əslində, sistemin öz təbiətindən irəli gəldiyi üçün kommunizmi öz əllərilə məhv etmişdilər.
Verdiyim nümunə biraz uzun olsa da, gətirmək istədiyim məqam bu idi ki, Qorbaçovun tarixdəki yerinin siyasi motivi çox vacib idi.Sovet İttifaqı Dövləti, təbii ki, sadə formada çökdürülmədi. Məhz Nobel mükafatı da o “mürəkkəb” siyasi motivin bir qarşılığı ola bilərdi.
Qorbaçov və Sülh mükafatı anlayışına ən zidd olan amil isə 1990-cı il 20 yanvar gecəsi Bakıda azərbaycanlılara qarşı edilmiş soyqrım idi. Məlum olduğu kimi, Qorbaçovun əmri ilə kommunist Qızıl Ordu 20 yanvar gecəsi Bakıya daxil olur və dəhşətli bir qırğın törədir. Tanklarla, zirehli hərbi maşınlarla dolu ordu Bakıya daxil olur, bir gecədə 200 nəfərə yaxın Bakı sakini şəhid edilir, 1000 nəfərə yaxın insan da ölümcül yaralanır.Bu qanlı qırğının əmrini Qorbaçov vermişdi.Qorbaçov eyni zamanda sonrakı illərdə Ermənistan – Azərbaycan arasında Azərbaycanın xeyli sayda ərazilərini itirməsi ilə, minlərlə günahsız insanının qətlə yetirilməsi kimi böyük faciələrlə yekunlaşan bir münaqişənin əsasını qoymuş, bu prosesdə rol oynamışdır.Bundan əlavə Qorbaçov Vilnüsdə, Tbilisidə, Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insanın tələf olduğu hadisələrin baş verməsinə səbəb olmuşdur.Yəni dolayısı ilə siyasi fəaliyyəti ilə heç də sülh tərəfdarı bir mövqe sərgiləməmişdir.Bütün bunlara baxmayaraq isə Qorbaçov Nobel “Sülh” mükafatına layiq görülmüşdür.
Bu mükafatın Ədəbiyyat sahəsində təltifləri zamanı da adətən öz ölkələri əleyhində yazılar yazan şəxslərə verildiyini müşahidə etmək mümkündür.
Mövzunu digər müəyyən şəxslər, hadisələr əlavə edərək genişləndirmək olar, lakin nəticə ortadadır.Elm sahələri üzrə təqdim edilən Nobel mükafatları adətən şübhəli məqamlarla yadda qalmasa da, bu mükafatın sülh üzrə laureatının təqdimində ciddi problemlərin olduğu dəqiqdir.Bu mükafatın təqdim edilməsinin dərin siyasi bağları ortadadır.Görünür ki, mükafatı təyin edən qurumlara İngilis Dərin Dövləti kimi qüvvələrin təsir gücü güclüdür.Bunu necə bilə bilərik?Məqalənin əvvəlində mükafatı təqdim edən Fondun yaranma prosesindən bəhs etmişdim.Xatırlayırsınızsa hal – hazırda Nobel mükafatını təqdim edən Nobel Fondununun əsasını Rokfeller və Rotşild ailəsinin şirkətlərində hissələri olan Nobel Qardaşları qoymuşdu. Nobel mükafatının maliyyəsi də Alfred Nobelin silah şirkətləri ilə Nobel Qardaşlarının hissədarı olduğu Rokfeller və Rotşild şirkətlərinin gəlirindən gələn faizlər (hissələr) hesabına qarşılanır.Dolayısı ilə bus u hansı quyuduan gəlir aydındır. Bu təqdirdə “sülh” mükafatının niyə ən çox müharibə etmiş, qan tökmüş adamlara getdiyinin hikmətini də anlamaqda çətinlik çəkmirik.
Bu mövzudan alınacaq dərs :bir qrup siyasi qüvvənin təsiri, yaxud idarəsində olan bir qurumun təltifi bizim şəxsləri dəyərləndirməyimizə meyar olmamalıdır. Meyar olaraq bu cür mükafatları seçiriksə, o zaman bu mükafatların çox zaman necə və nə üçün verildiyini də unutmamaq lazımdır.
Savalan Məmmədli