Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Televiziyalar ən çox nə proqramları hazırlayır? -STATİSTİKA + FOTO

 

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib.

Yenixeber.org: Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6 %, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1 %, mədəni-maarif janrında olan proqramlar 9,7 %, sosial yönümlü proqramlar 5,7 %, bədii filmlər 3,9 %, anons və elanlar 3,4 %, seriallar (xarici istisna olmaqla) 2 %, sosial reklamlar 0,8 %, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6 %, teleticarət xarakterli proqramlar 0,5 %, uşaq proqramları 0,4 % təşkil edib.

Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onarın özəl çəkisi 43,8 % təşkil edib. Reklam və sponsor təqdimatları 18,7 %, mədəni-maarif janrında olan proqramlar isə 7,2 %-dir.

İctimai Televiziyada ümumi efirin ən çox hissəsini 25,5 faizlə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 21,9 %, bədii filmlər (xarici istehsal) isə 8,3 %-dir.

ATV-də musiqi və əyləncə janrında olan proqramlar üstünlük təşkil edir. Onlara ümumi efirin 18,5% ayrılıb. Bu kanalda reklam və sponsor təqdimatları 17,7 %, sosial yönümlü proqramlar 15,5 %-dir.

Space TV-də reklam və sosial təqdimatları efir vaxtının 20 %-ni təşkil edir, musiqi və əyləncə proqramları 19,4 %, sosial yönümlü proqramlar 18, 5 %-dir.

Xəzər TV-də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,10 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19,4 %, informasiya və analitik proqramlar 15,9 %, mədəni-maarif janrında olan proqramlar isə 10,5 %-dir.

ARB televiziyasında ən çox pay sahibinə malik 24 %-lə musiqi və əyləncə janrında olan proqramlardır. Sosial yönümlü proqramlar 16,4 %, informasiya və analitik proqramlar isə 12, 9 %-dir.

Real TV və ARB24 telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtrının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir - müvafiq olaraq 61,6 % və 79,8%.

 

1308728


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam