Sumqayıtda yanğın -VİDEO - YENİLƏNİB
Xəbər verildiyi kimi, ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Yenixeber.org xəbər verir ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.
Yenixeber.org FHN-nin yanğınla bağlı yaydığı videonu təqdim edir:
10:25
Sumqayıtda məişət tullantıları poliqonu yanır.
Bu barədə sosial şəbəkə platformalarında video yayılıb.
Yanğın faktını Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a təsdiqləyiblər.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN əməkdaşları hadisə yerindədirlər.
Yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.