Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sabirabada “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.- FOTOLAR

 

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 1 və 5 saylı tam orta məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yenixeber.org: Görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov dövrümüz ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.
Erkən nikahların fəsadları barədə də çıxış edən polis rəisi, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam