Kürdəmirdə “Narkomaniya yox deyək! ” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Kürdəmir Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun R.Quliyev adına 5
saylı tam orta məktəbində “Narkomaniya yox deyək!” mövzusunda maarifləndirmə
tədbiri keçirilib.
Yenixeber.org Görüşdə çıxış edən RPŞ-nin əməkdaşları respublikamızda narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə və əldə olunan
nəticələri barədə məlumat veriblər. Əsrin bəlası olan narkomaniyaya qarşı
mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə
tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən polislər,
gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və
Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıblar. Həmçinin, daxili
işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının
tarixi və bu təhsil müəssisəsinə kursant qəbulu qaydaları ilə bağlı ətraflı
məlumatlar verilib.
Görüşün sonunda şöbə əməkdaşları tərəfindən şagirdlərə RPŞ-nin müxtəlif
xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və
avadanlıqlar nümayiş etdirilib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-
asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.