"Qərbin sərvəti müstəmləkəçilik, köləlik üzərində qurulub” -Putin açıqladı
Qərbin sərvəti əsasən neokolonializm və köləlik üzərində qurulub.
Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin “Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu - Birləşmiş Mədəniyyətlər Forumu”nda deyib.
“Bir çox ölkələrin, xüsusən də Avropa ölkələrinin və ABŞ-ın malik olduğu sərvət, əlbəttə ki, daha çox keçmiş dünya və keçmiş dünya nizamının ədalətsizlikləri, müstəmləkəçilik, köləlik üzərində qurulub”, - Kreml rəhbəri bildirib.