İsrail HƏMAS-ın bu təkliflərini rədd etdi
İsrail HƏMAS-ın 3 günlük atəşkəs və əsir mübadiləsini nəzərdə tutan təklifini rədd edib.
Yenixeber.org: Bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilib ki, HƏMAS təklif çərçivəsində 50 israilli girovun azad edilməsi müqabilində Qəzzada döyüşlərə 3 günlük fasilə verilməsini və İsrail həbsxanalarında olan fələstinli qadın və uşaqların azad edilməsini şərtləndirib.
İsrail tərəfi isə daha geniş miqyaslı məhbus mübadiləsini istədiyini bildirib.