Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistana xəbərdarlıq -KTMT-dən çıxsa...

Əgər Ermənistan KTMT-dən çıxsa, məhz özü MDB-də qalmasını qeyri-müəyyən və anlaşılmaz edəcək, onun coğrafi və siyasi mövqeyinə görə inkişafı çox çətin olacaq.

Yenixeber.org: Bunu “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski deyib.

“Bu, ölkə üçün çox böyük problem olacaq. Ermənistan üçün onsuz da inkişaf etmək kifayət qədər çətindir. İrəvan KTMT-dən çıxsa, eyni zamanda digər MDB dövlətləri ilə münasibətləri çətinləşdirsə, ölkə rəhbərliyinə çox dəqiq hesablamalar lazım olacaq. İrəvan Rusiya ilə tamamilə mübahisə etsə, suallar ortaya çıxacaq: bəs qarşılıqlı əlaqə və ünsiyyəti necə olacaq, hələ təhlükəsizlik, logistika... Ermənistanın inkişafında vəziyyət çox şeyi diktə edəcək. Respublikanın istənilən rəhbərliyi, hakimiyyətdə kim olursa olsun, hansı siyasi addımlar atırsa atsın, sadə insanların mənafeyini diqqətdən kənarda qoya bilməyəcək. Beləliklə, bir şəkildə vəziyyətdən çıxmalısan. Qərbin Ermənistandan istifadə etməkdə məqsədi müntəzəm olaraq Rusiya əleyhinə olan hər şeyi dəstəkləməkdir. Hələ ki, İrəvan Rusiyaya qarşı demarşlar edəcək, Qərb isə Ermənistanı dəstəkləyəcək”, - o bildirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam