Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

"Aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsinizmi?” -Ərdoğan

 

“Ey Qərb, mən səndən soruşuram, aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsənmi?”

Yenixeber.org xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında Fələstinə dəstək mitinqində çıxışı zamanı bildirib. O, İsrailə səslənərək Qəzza ərazisinin keçmişdə Osmanlı İmperatorluğunun nəzarətində olduğunu xatırladıb və türklərin sadəcə olaraq bu ölkədə baş verənləri pisləməsinin kifayət etməyəcəyini bildirib. 

Türkiyə prezidentinin sözlərinə görə, İstanbulda keçirilən mitinqdə 1,5 milyon insan iştirak edib .

İstanbulda Atatürk hava limanında keçirilən Fələstinə dəstək aksiyasında Ərdoğan Qəzza zolağında baş verənləri də Qərbin məsuliyyət daşıdığı qətliam adlandırıb . O , Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini də bəyan edib . O, İsraili işğalçı və fraksiya adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.

Oktyabrın 25-də Ərdoğan Türkiyə parlamentində çıxışı zamanı  Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda İsrailə səfərini ləğv etdiyini açıqlamışdı .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam