Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Kreml: “Bakı və İrəvanın nəhayət sülh müqaviləsi bağlamalarına kömək etmək üçün səylər davam edir”

 

“Bakı və İrəvanın nəhayət sülh müqaviləsi bağlamalarına kömək etmək üçün səylərimiz davam edir”.

Yenixeber.org: Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, regionda vəziyyəti sabitləşdirmək, daha müsbət və yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, - deyə o, brifinqdə bildirib.

Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik məsələlərində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı səsləndirdiyi iddialara da münasibət bildirib.
Onun sözlərinə görə, Kreml bununla bağlı İrəvandan tam məlumat alacağını gözləyir.

“Biz hələ Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Təbii ki, erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik”, - deyə mətbuat katibi bildirib.

Mənbə: İzvestiya


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam