Rusiyada zoopark yandı -Heyvanlar tələf oldu
Rusiyanın Saratov vilayətindəki zooparkda güclü yanğın baş verib.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Yanğın nəticəsində 40-a yaxın heyvanın tələf olduğu bildirilib. Hazırda hadisə yerində müstəntiqlər və yanğınsöndürmə laboratoriyasının mütəxəssisləri işləyir.
Yanğının başvermə səbəbləri araşdırılır.