Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

GENETİK ÖLÜM...

                                           

   

 

   M.C.Bağırov tələbə-həkim Lətif  Vəliyevə pul və özünün çörək kartoçkasını göndərmişdi...

Bu gün Saratov şəhərində 170 nəfərin adı Lətifdir...

(41-ci yazı)

    “xeberinfo.com”: Araşdırma materiallarına görə 1934-cü il iyunun 19-da Azərbaycan SSR XKS 15 cildlik “Azərbaycan Ensiklopediyasının nəşri haqqında” qərarına əsasən, Xalq Komissarları Soveti yanında Hüseyn Rəhmanov, Ruhulla Axundov, Cəmil Rəhimov, Mövsüm Qədirl, Mirzə Məmmədov və  Vəli Xuluflunun daxil olduğu xüsusi komitə təşkil edildi. Tanınmış, elmin və sənətin  bütün sahələrində cəmiyyətdə nüfuz qazanmış, Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olmuş şəxslərin siyahısı tərtib edildi. (Lakin ixtisaslı kadrların, nəşriyyat və poliqrafiya bazasının olmaması üzündən, maliyyə imkanlarının aşağı olduğundan bütün işlər dayandırıldı. Lakin əsl səbəb bu deyildi. Rusiyalı professor İ.M.Smirnovun açıqlamasına görə ensiklopediyanın dayandırılmasına səbəb tərtib olunmuş siyahıdan ermənilərin, gürcülərin və rusların adlarının çıxarılması idi. Bu isə o vaxt Azərbaycana rəhbərlik edən M.C.Bağışrovun göstərişilə olmuşdu. Moskva bunu bildikdən sonra ensiklopediyanın nəşrini dayandırmış, tərtib olunmuş siyahıya yenidən baxılmışdı). Arxiv materiallarına görə tərtib olunmuş siyahının ilkin variantından 1326 (min üç yüz iyirmi altı) nəfər görkəmli Azərbaycan vətəndaşının adının üstündən qələm çəkilmişdi... Tibb sahəsində misilısiz xidmətləri olan, SSRİ səhiyyəsində özünün istedad və bacarığı ilə iz qoyan, azərbaycanlı Lətif Səfalı oğlu Vəliyevin də adı siyahıdan çıxarılmışdı. Həkim, professor Lətif Vəliyevlə bağlı o vaxt SSRİ Səhiyyə Nazirliyinin əməkdaşları olmuş millyyətcə erməni olan O.M.Petrosyanın, professor İ.Ş.Simonyanın Moskva Tibb məktəbinin professoru E.Q.Medvedyevin tədqiqatçı alim, B.Q.Limonovun və hüquqşünas, Ədliyyə Nazirliyinin şöbə müdiri F.S.Dmitriyevanın (?) imzaladıqları “Yoxlama arayışa” istinadən həkim Lətif Vəliyevin adı dövlət sənədlərindən çıxarıldı, ensiklopediyaya salınmadı. Araşdırma materiallarına görə Azərbaycanın ucqar bölgəsində dünyaya göz açan kəndli balası Lətif Vəliyevdəki xüsusi istedad çoxları üçün əngəl yaradırdı. On al tı dəfə Lətif Vəliyevdən keçmiş NKBD-yə donos göndərildiyi üçün “dindirmə və sorğu-sual otaqları”na çağrılır. Sonuncu dəfə isə Lətif Vəliyev 1933-cü ilin noyabrın 27-də NKVD-yə “dəvət” alır. Təhlüəkəsizlik polkovniki İ.S.Muravyovun “Şəxsi Arxivi”ndəki materiallara istinaıdən məlum olur ki, tələbə Lətif Vəliyevin son elmi araşdırması ciddi mübahimsələrə səbəb olub. Polkovnik İ.S.Muravyov yazır:  “...Bizə göstəriş vermişdilər ki, nəyin bahasına olursa-olsun Lətif Vəliyevin Azərbaycan genetikası və iqlimilə bağlı elmi-araşdırması dayandırılsın, özü isə Tibb İnstitutundan xaric edilsin... Mən onun elmi tədqiqatında dövlət üçün ziyanlı bir şey tapmadım. Göstəriş isə göstəriş idi. Nəticədə mən onunla görüşdüm. Otağıma çağırdım. Ona yenidən tamaşa etdim. Onda məni qəribə bir hiss bürüdü. Hiss etdim ki, kimsə mənim yaxamdan yapışıb (mən həm çekist həyatından dörd kitabın müəllifi olduğum üçün bütün bunları bəzən  bədii yazıram...) qışqırır ki, İqor Stepanoviç bu Allah vergisidir. Əlbəttə bunları işlədiyim  idarədə danışmaq olmazdı. Mənə gülərdilər. Lakin mən dayanmadım. 1933-cü ilin dekabrında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının ilk azərbaycanlı birinıci katibi M.C.Bağırov yoldaşla görüşmək üçün moskvalı dostlarımdan xahiş etdim... 1933-cü ilin dekabrın 28-də mən M.C.Bağırov yoldaşla görüşdüm. Tibb İnstitutunun tələbəsi Lətiv Vəliyevin taleyi həll olundu. Onu  bir daha elmi işlərindən ayırmaq, onu  narahat etmək qadağan olundu... 1934-cü ilin yanvarın 8-də M.C.Bağırov yoldaş məni Tibb İnstitutuna göndərdi. Tələbə Lətif  Vəliyevə onun pul hədiyyəsini çatdırmalı oldum.  M.C.Bağırov tələbə həkim Lətif  Vəliyevə özünün çörək kartoçkasını da göndərmişdi... Mən Azərbaycanda çox qəribə anlar yaşadım...”

Məlumata  görə iqtisadi kəşfiyyat məsələlərini gözəl bildiyindən 1934-cü ilin fevralın 14-də işləmək üçün Moskvaya qayıdır. 1953-cü ilin iyun ayının 2-də polkovnik İ.S.Muravyov avtomobil qəzasında həlak olur. Onun maşını Böyük Britaniyanın Moskvadakı diplomatik korpusunun maşını tərəfindən vurulur. Bununla bağlı “Pravda” qəzeti məlumat verir. Ölümündən sonra polkovnikin “Şəxsi qovluğu” ölkənin kəşfiyyat xidmətinin arxivinə verilir. (N 397.21. qovluq təhlükəsizlik  mayoru M.Mpeşkovun və L.S.Arxipovun imzası ilə hazırlanaraq, qəbul olunub).

     Araşdırma materiallarına görə tələbə-həkim Lətif Vəliyev Tibb İnstitutunun elmi cəmiyyətinə məsul katilb seçilir. Sözsüz ki, bu seçimdə Mərkəzi Komitənin ona olan xüsusi qayğısı  vardı. Tələbəikən partiya sıralarına qəbul olundu. O vaxt belə bir addımın atılması böyük qələbə idi. Gənc ikən partiya sıralarına qəbul olmaq onun sabahkı taleyinə işarə idi.

Araşdırma materiallarına görə Lətif Vəliyevin həyatının belə sürətlə dəyişməsi, irəli atılan addımlar şübhəsiz bəzi həmkarlarının ürəyində deyildi. Paxıllıq, xainlik və gözügötürməməzlik Lətif üçün bəzi məsələlərdə əngəl olaraq qalırdı. 1933-cü ilin dekabrı Lətif Səfalı oğlu Vəliyev üçün “Rezonans ili” oldu. Həyatında qəribə bir dəyişkənlik yarandı. Yazdığı, araşdıraraq tədqiq etdiyi “Azərbaycanda epidemiya: ”Yustinian qanunu” qayıda bilər...” 75 səhifəlik dəftəri 1933-cü ilin dekabrın 29-da Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birinci katibi təsdiq olunmuş M.C.Bağırov üçün ayrılmış rəsmi sənədlər qovluğunun içinə qoydular.

     Beş səhifəlik arayış imzalanmışdı. Məxvi qriflə göndərilmiş arayışa professor A.N.Balayev, viruaoloq C.M.Məmmədsadıqova istinadən hazırlanmışdı. Respublika NKVD-də elm-təhsil məsələləri istiqamətində kəşfiyyat sirlərini qoruyan şöbənin rəisi, polkovnik D.S.Mirzobekov (yan) iddia edirdi ki, həkim L.Vəliyev elmi-tədqiqatının nəticələrini xarici ölkələrə satmaqla məşğul olur... Polkovnik arayışın ikinci səhifəsindən başlayaraq professor A.Balayevə və virusoloq C.M.Məmmədsadıqova istinadən Azərbaycan Tibb İnstitutunun tələbəsi L.S.Vəliyevi ittiham edirdi. Amma nədə? Hansı səbəblərə görə? Bütün bunlar haqqında isə heç bir tutarlı fakt və sənəd ortaya qoyulmurdu.

  1934-cü ilin yanvarın 17-də M.C.Bağırovun yanına təyinatını alan M.X.Stepanov 1950-ci ilin mart ayında “Mənim həyat yolum” kitabını nəşr etdirir. Polkovnik Maxtum Xaliloviç Stepanov Şimalı Qafqazda doğulmuşdu. Bəzi mənbələrdə o, çenen, bəzi mənbələrdə adıgey və yaxud abxaz kimi qeyd olunurdu. Təhlükəsizlik polkovniki M.X.Stepanov kitabında yazır: “Beşinci gün idi ki, mən M.C.Bağırov  yoldaşın yanında işə başlamışdım. Bir baş Kremlin göstərişilə Moskvadan göndərilmişdim. M.C.Bağırov qovluğun içindəki məxvi arayışa nəzər saldı. Hiss etdim ki, narazılıq  var. Telefona əl yetirdi... Onda gördüm ki, o, kimisə ittiham edir,”məsələni bitirməyi tələb edirdi. M.C.Bağırov NKBD-yə zəng etmişdi. O, deyirdi: "Tələbə həkimlə bağlı bütün məlumatları, yazışmaları bir kənara qoyun və bir daha bu barədə məsələ qaldırmayın. O əsl azərbaycanlı balasıdır. İstedad sahibidir. Allah vergisidir... Amma "Allah vergisi" sözünü sizlər bilmirsiz. Ona toxunmaq olmaz..." Mən neçə il onunla işlədim, amma bir daha onu belə hiddətlənən görmədim. İki gündən sonra Tibb İnstitutunun professorları A.Balayev və S.Məmmədsadıqov işdən qovuldular. Onlarla əlbir olan təhlükəsizlik polkovniki D.S.Mirzobekyan Dağıstana təyinat aldı... Sonra M.C.Bağırovun boş vaxtlarının birində həkim tələbə L.Vəliyevin öz xəttilə işlənmiş elmi araşdırmalarını vərəqlədiyini gördüm... Daha üç gün öydü. M.C.Bağırov yoldaş məni Tibb İnstitutuna göndərdi. Tapşırıq verdi: "...Maxtum Xaliloviç, Siz Tibb İnstitutuna gedin. Bu elmi işin (əlindəki dəftəri nişan verdi) sahibilə görüşün, Lətif Vəliyevlə. Ona öz telefon nömrəni ver. Problem bir məsələ olarsa, qoy səninlə əlaqə saxlasın. Var gücü ilə işləsin. Arxayın işləsin. Unutmasın ki, təkcə bizim yox, dünyanın ona ehtiyacı olacaq...

    Tələbə Lətif Vəliyevlə Maxtum Xaliloviçlə görüşü onun qarşısındakı bütün maneələri götürdü. Tibb İnstitutunda onun elmi-tədqiqatları üçün bir az da geniş imkanlar yaradıldı. 1934-cü ilin mart-aprel aylarında Lətif Vəliyevin "Yustinian taunu" və "Qara ölüm" epidemiyalarına qarşı vaksin axtarışları ilə Moskvadan, Pribaltikadan, Ukrayna və Belorusiyadan, Qazaxıstandan olan professorlar ciddi şəkildə maraqlanmağa başladılar.

    Araşdırma materialları içərisində Moskvalı X.M.Maslennikovun maraqlı bir açıqlaması da var. Məsələn rusiyalı professorun məlumatından aydın olur ki, Nyu-Yorkda(AB Ş) nəşr olunan "Amerikalılar dünya elmində" ("Seientific American") jurnalında azərbaycanlı həkim Lətif Vəliyevin tauna qarşı vaksin araşdırmalarından, elmi-tədqiqatlarından məlumat verilirdi. 1954-cü ilin iyun ayının 14-dən həkim, gənc alim L.Vəliyevin işi, tədqiqatları və şəxsi təhlükəsizliyi Dövlət tərəfindən nəzarətə götürüldü. Araşdırma materiallarına görə artıq L.Vəliyev iyirmiiki yaşında dünyanın səhiyyə sistemini düşündürməyə başlamışdı. Norveç alimləri gənc Azərbaycan virusologiyasında bəşəriyyəti həmişə qorxu altında saxlayan taun xəstəliyinə qarşı vaksinlər tapan və onu sınaqdan çıxararaq Kremlə dəvət alan həkim Lətif Vəliyevin iş metodologiyası ilə hamının diqqətində idi.

    Lakin düşmən düşmən olaraq qalırdı. Nəyin bahasına olursa-olsun onun aradan götürülməsi haqqında söz-söhbət səngimirdi.

     O isə Tibb İnstitutunun virusologiya, mikrobiologiya və gigiyena şöbəsində tədqiqatlarını davam etdirir, apardığı araşdırmaların nəticələrini gözləyirdi.

Dünya tarixində ötən əsrin 30-cu illəri ağrılı-acılı, aclıq və səfalət illəri kimi qalır. Gedən, bəzilərinin nəzərində bitmiş hesab olunan epidemiyalar, ölümlə nəticələnən, vaksinləri tapılmayan xəstəliklərin virusları dirilib, geri qayıdırdı. Qərb mətbuatı həyəcan təbilini çalırdı. Məsələn Londonda (Böyük Britaniya) nəşr edilən bir neçə qəzet artıq öz ölkəsinin alimlərini bu ölüm-dirim məsələsində ləng tərpəndikləri üçün tənbeh edirdi. 1953-cü ilin fevralın 9-da Londonda öz cərgəsində İngiltərənin ən məşhur həkimlərini, alimlərini, elmi axtarışlarına ardıcıl davam etdirən mütəxəssisləri birləşdirən "Alimlər qrupu" yaradıldı. Alimlər qrupunun üzvləri iddia edirdilər ki, qayıdan və dirilən taun virusları yer üzünü iflic edib, insanların axırına çıxa bilər. Məsələn "Yustinian taun"u 1650-ci ildə məhv olub, kəsilib. 1800-cü ildə isə məhv olmuş zənn edilən virus yenidən dirilib. Avropada 112 milyon insanın axırına çıxıb. Afrikada, Asiyada,  Amerikada 200-dən artıq yaşayış məntəqəsi bu bəladan qurtarmaq üçün insanları qarışıq yandırılıb. Hesablamalara görə taun virusu qədər aktiv virus yoxdur. Bu virus gün ərzində 120 min adamı tauna yoluxdurma gücünə malikdir. Vaşinqtonda (ABŞ) "Qədimlik və DNT Mərkəzi"nin direktoru, professor-virusoloq Hendrik Poynar və Parisdəki (Fransa) İnfeksion  Xəstəliklər İnstitutunun direktoru, professor Maykl De Qrut deyir ki, tədqiqatların nəticələri fəaliyyəti tam mənada sarsıda bilər.

    Yer kürəsi hələ də "Yustinian taunu"nin və yaxud "Qara Ölüm"ün vaksinlərini araşdırmaqdadır. Taun virusları ilə yenidən qayıdır. Xatırladaq ki, bu epidemiya nəticəsində dünyada 250 milyon insan məhv olub.

Araşdırma mayeriallarına görə 1934-cü ilin fevral ayının 21-də Moskvadan Bakıya "Xüsusi təyinatla həkim qrupu" gəlir. Qrupa məşhur virusoloq, professor N.A.Plexanov və kəşfiyyat polkovniki, MN-nin hərbi Sənaye Kompleksinin Saratovdakı elmi-tədqiqat mərkəzinin direktoru, professor P.N.Samoylov rəhbərlik edirdilər 1934-cü ilin fevral ayının 26-da M.C.Bağırov professor P.N.Samoylovu qəbul edir. Söhbət zamanı məlum olur ki, rus polkovnikini, Azərbaycanla bağlı uzun illər "Gen Mutasiyanı"n proqramına məxfi qaydada rəhbərlik edən P.N.Samoylovu tələbəlik  illərini başa vurmaqda olan Lətif Vəiiyev daha çox maraqlandırırdı. Söhbətin yekununda polkovnik P.N.Samoylov iddia edir ki, azərbaycanlı həkim Lətif Vəliyev artıq taun viruslarını məhv edən vaksin ixtira edib. Həmin söhbətin şahidi olan, uzun müddət M.C.Bağırovun yanında çalışan, onun şəxsi otağında rəsmi sənədlərin təhlükəsizliyinitəmin edən (?) polkovnik D.U.Melnikovun "Topladığım sənədlər haqqında etiraf" adlı kiçik bir kitabı çapdan çıxır. Polkovnik D. Melnikov kitabının 92-ci səhifəsində yazır: "Moskvalı professorun dediklərini M.C.Bağırov diqqətlə dinləyir və birdən heç kəsin gözləmədiyi bir ərəfədə P.Samoylovdan soruşdu: Pyotr Nikolayeviç sizi nə maraqlandırır? Ümumiyyət Bakıya gəlməkdə məqsədiniz nədir? Moskvalı dostlarımız mənə xəbər verdilər ki, siz və sizin qrup Azərbaycanın yaşayış məntəqələrində vaksinlərin sınağını keçirəcəkısiniz. Bütün bunlar məni sevindirmir. Yaxşı olar ki, Azərbaycanı tərk edəsiniz...”

    Məlumata görə həkim Lətif Vəliyev həqiqətən “Yustianian” taununun vaksinlərini tapmışdı. İlkin variant hazır idi. Amma əldə olunan ilk nəticələri qorumaq üçün təhlükəsizlik qaydalarına və məxfilik prinsiplərinə əməl olunmalı idi. 1934-cü ildə Tibb İnstitutunu bitirən Lətif Vəliyev Azərbaycan Virusologiya, Mikrobiologiya və Gigiena Elmi-Tədqiqat İnstitutuna təyinat alır.

Araşdırma materiallarına görə Lətif Vəliyev haqqında qərb mətbuatına məlumatlar ötürülür. Məsələn “The Vasinqton Poct” qəzeti azərbaycanlı həkim-tədqiqatşı Lətif Vəliyevi “Şərqin İbn Sinası doğuldu” – deyib, onu təbliğ edir. İctimai mühitə tanıdırdılar Lətif Vəliyevin 75 səhifəlik elmi-tədqiqat əsərini isə M.C.Bağıırov o vaxt NKBD rəhbərliyinə ötürdü.

Əldə etdiyimiz difər məlumatlardan biri də Lətif Vəliyevin ikinci, lakin nəşr olunmayan kitabının əl yazısı “İqlimin dəyişməsi Genetik kodlar arasındakı immunitetlər və ixtilaflar” adlanırdı. Ola bilsin ki, bu əlyazısının müvəqqəti adı idi. Lakin rus professoru hərbi kəşfiyyatın polkovniki, virusoloq A.A.Smirnov iddia edir ki, azərbaycanlı alim Lətif Vəliyevin qarşımıza qoyduğu “Genetika və iqlim” məsələsi çox ciddi və məntiqli məsələdir. Lətif Vəliyev Azərbaycan regionları arasında, yəni doqquz iqlim qurşağı altında apardığı genetik araşdırmalarında göstərir ki, iqlim genetikanın, ümumilikdə gen kodlarının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Onun fikrincə bir iqlim dəyişkənliyi bütöv bir nəslin, millətin mənəvi-əxlaqi dəyərlərini, psixoloji durumunu həyat və düşüncə tərzini dəyişmək mümkündür. Firkimcə bir iqlim dəyişkənliyilə istənilən ərazidəki yaşayış mühitini iflic etmək olar. Xüsusən süni iqlim dəyişkənliyi taktikası ilə istənilən millətin və xalqın beyin yarımkürələrini normal düşünmək “çərçivəsində” çıxarmaq, onu dərk edib, sərsəm vəziyyətə salmaq asan başa gələn bir şeydir. Bu isə qan hüceyrələrinin zədələnməsinə, genetik pozuntulara aparıb çıxarır.

    Lətif Vəliyev insanların süni şəkildə, süni yollarla genetik dəyişmələrinə səbəb olan iqlim dəyişmələrinin, deportasiyaların, demoqrafik pozuntuların əleyhinə olub. Məlumata görə 1934-cü ilin fevralın əvvəllərində Bakıda keçirilən “Mikrobioloqların simpoziumu”nda onun qoyduğu məsələ də maraqlı idi. O, alimlər qarşısında çıxışında göstərirdi ki, hər hansı bir deportasiya o millətə qarşı edilən xəyanətdir. Lətif Vəliyev iddia edirdi ki, süni və məqsədli şəkildə qurulan deportasiyalar millətin və yaxud xalqın ölümü üçün onun tədricən sıradan çıxıb, tarixdən silinməsi üçün, birdəfəlik genetik məhvi üçün verilən ölüm hökmü qədər ağırdır. Deportasiya hər hansı bir genetik ölümün başlanğıcıdır. (Biz bununla bağlı nəşr olunacaq “Genetik ölüm” və “Epidemiya” kitablarında çox ciddi və millət üçün, insanlıq üçün dəyərli məsələləri açırıq. Ona görə mövzudan kənara çıxmamağı qərara aldıq).

    Araşdırma materiallarına görə gənc tədqiqatçı alim Ləştif Vəliyevin araşdırmaları haqqında artıq SSRİ EA-nın ən ciddi elmi konfranslarında söhbət gedirdi. Məlumata görə L.S.Vəliyevin əldə etdiyi ciddi nəticələr bəzi alimləri, tədqiqatçıları qıcıqlandırır, ona qarşı paxıllıq və xainlik hisslərini artırırdı. Bu isə bütün dövrlərdə olduğu kimi, lətif Vəliyevin yaşadığı illər üçün təhlükəli bir məsələ idi. Mən bütün  fakt və sənədləri nəzərdən keçirdikdən sonra bir məsələni anlaya bilmədim. Şübhəsiz, zalımın insanlara verdiyi, ətrafındakı məzlumlara etdiyi və verdiyi zülmü, işgəncəni anlayıram. Bu təbiidir. Lakin məzlumun  məzluma verdiyi zülmü, etdiyi xəyanəti anlamıram...

   Araşdırma materiallarına görə L.S.Vəliyev 1934-cü ilin aprelin 13-də Azərbaycan KP MK-nın xəttilə Saratov şəşhərinə elmi fəaliyyətini davam etdirmək və dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq üçün göndərilir. O, ilk elmi təcrübələrini Saratov şəhərindəki Hərbi Sənaye Kompleksinin Virusologiya laboratoriyasında aparır. Məlumata görə 1934-cü ilin mart-aprel aylarında Saratov və ətraf yaşayış məntəqələrində artıq 1.300 nəfər (min üç yüz) nəfər taun xəstəliyindən keçinmişdi. 1934-cü ilin aprelin 19-dan Saratov şəhər klinikasında,  “Vəliyev laboratoriyası” deyilən bir şöbə işə başlayır. Həmin anları tədqiq edən professor, L.Vəliyevin həmkarı L.M.Beqov yazır: “...Bu adam artıq taun xəstəliyinin əleyhinə vaksin ixtira etmişdi. Onunla bağlı Kremlə, Siyasi Büroya və ayrılıqda ölkənin MN-nin generallarına;  B.U.Şeqlova, D.S.Donskoya, A.M.Aleksandrova məlumat vermişdim. Onu da bildirirdim ki, L.Vəliyevlə Saratova turist kimi gələn amerikalı, ingilis və alman həkimləri də çox ciddi maraqlanır, onunla təmas qurmağa çalışırdılar. Biz isə buna imkan vermirdik. Tapşırıq belə idi: Lətif Vəliyevi qoruyun...”

     1934-cü ilin iyul ayında Saratovda nəşr olunan “Saratov” qəzeti azərbaycanlı həkim Lətif Vəliyevin fəaliyyətnə işarə edərək yazırdı: “...Azərbaycandan gələın Lətif Vəliyev Saratovda əsl inqilab yaratdı. O, ixtira elədiyi “Muğan” və “Aran” vaksinləri ilə yerli əhalini bürüyən taun xəstəliyindən xilas etdi. Azərbaycan, yaxşı oğullarına görə sənə eşq olsun!..

Məlumata görə həkim Lətif Vəliyev  o vaxtdan insanlar arasında “Professor Vəliyev” kimi tanınmağa başladı.

1934-cü ilin noyabr ayının 16-ı isə azərbaycanlı həkim, pöro fessor Lətif Səfalı oğlu Vəliyev iş otağında... müəmmalı şəkildə vəfat edir. İstintaq qrupunun materiallarına görə (İş: N-2644) L.S.Vəliyev zəhərlənmə nəticəsində keçinib...

    Bakı. 1934-cü il. Azərbaycan KP-MM-si. M.C. Bağırovun iş otağı.  Polkovnik M.X.Stepanov NKVD-yə hazırladığı “Məxvi Arayışda” qeyd edir: “...Hadisə M.C.Bağırova, ümumiyyətlə Azərbaycan Tibb İnstitutunun kollektivinə pis təsir etmişdi. M.C.Bağırov Moskvadan edilən telefon zənginə cavab verdi: “O, mənim üçün, Azərbaycan xalqı üçün... Allah vergisi idi...” Sonra telefonda danışan adama (bu Lavrenti Beriya idi) diqqətlə qulaq asıb, dəstəyi yerinə qoydu. Diqqətlə mənə baxdı. Maxtum-dedi, sən öyərn gör üç gün öncə Azərbaycan Tibb İnstitutundan kimlər Saratov xəstəxanasında olublar...

    Mən artıq söhbətin nədən bəhs etdiyini anladım. Onu gördüm ki, M.C.Bağırov lap astadan pıçıldadı: “Biz biri-birimizi qırıbg qurtarırıq deyəsən...” Heç şey anlamadım. Sadəcə onun dediklərinə əməl etdim...”

Ölümündən sonra professor L.S.Vəliyevi Saratov camaatı Bakıya vermədilər. Onu Fəxri Xiyabanda özləri hökumət və Dövlət səviyyəsində dəfn etdilər. (Bütün bu məsələlər nəşri göəzlənilən kitablarda geniş şərh olunur).

Polkovnik M.X.Stepanov “Məxvi Arayış”ında yazırdı: “...Bakı isə L.S.Vəliyevin cənazəsini gözləyirdi. Çünki M.C.Bağırov yoldaş Fəxri Xiyabanda L.S.Vəliyev üçün yer ayırmışdı... O, həqiqi mənada öz övladı qədər istədiyi Lətif Vəliyev üçün ağlayırdı...”

   Araşdırma materiallarına görə 1935-ci ilin 13 aprel tarixli, 2 saylı qərarına görə Lətif Səfalı oğlu Vəliyevin valideynlərinin ömürlərinin sonunadək, digər ailə üzvlərinin 18 yaş həddinə qədər hökumət təqaüdü ayrıldı...

Biz rəngi solub, saralmış arxiv sənədlərinə xeyli nəzər saldıq. O vaxtdan 100 ildən artıq bir vaxt keçir. Amma L.S.Vəliyev yaşayır. Ən azı Saratovda xilas etdiyi yüzlərlə insanın və yeni nəsillərin qəlbində yaşayır. Araşdırma materiallarında çox maraqlı bir fakta da rast gəldik. Bu gün Saratov şəhərində 170 nəfərin adı Lətifdir... Bunu sevgini isə hələ də anlaya bilmirəm...

 

 

   

     (Ardı var)

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam