Baş nazir Tbilisiyə getdi -FOTOLAR
Baş nazir Əli Əsədov Gürcüstana səfərə gedib.
Yenixeber.org: Bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Əli Əsədovu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıb.
Baş nazir sabah Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.
Forumda Əli Əsədovla yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi bildirilir.