Rusiya xüsusi təyinatlılarının bazası məhv edildi:onlarla hərbçi ölüb
Ukrayna ordusunun raket zərbəsi nəticəsində Sevastopol yaxınlığında Rusiya xüsusi təyinatlılarının bazası məhv edilib.
Yenixeber.org: Bu barədə Rusiya Baş Qərargahına yaxın olan “Snuffbox” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hücum oktyabrın 24-ü axşam saatlarında baş verib. Baza iki raket və bir PUA ilə hücuma məruz qalıb.
Hücum nəticəsində onlarla rusiyalı hərbçinin öldüyü bildirilib.