Rusiya Zəngəzurda konsulluq açacaq
Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.
Yenixeber.org: Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, - Mirzoyan deyib.
O, konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib.