Yenixeber.org: Bu barədə yerli hakimiyyət orqanlarına və sinaqoqa istinadən məlumat yayılıb.
Polisin məlumatına görə, Detroyt sinaqoqunun rəhbəri şənbə günü səhər evinin qarşısında çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölü tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin evin içərisində törədildiyini güman edirlər. Cinayətin motivi hələlik məlum deyil.
Qeyd olunur ki, qadın ravvin əvvəllər ABŞ-nin Demokrat konqresmeni Elissa Slotkinlə birlikdə çalışıb.
Yəhudi icmasının lideri qətlə yetirilib -ABŞ-da

Detroyt yəhudi icmasının dini lideri Samanta Uoll oktyabrın 21-i şənbə günü vəhşicəsinə qətlə yetirilib.