İsrail 17 ildən sonra ilk dəfə -M270 sistemlərindən istifadə edib
İsrail Müdafiə ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr zamanı 2006-cı ildən bu yana ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.
Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb.
Məlumata görə, atəş zamanı “Lance” tipli uzaqmənzilli yüksəkdəqiqlik raketlərdən istifadə olunub.