Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakıda məktəbin yaxınlığında nə baş verib? -FOTO

 


Bu gün Bakıda yaşlı kişinin azyaşlı qıza təcavüz etməsi iddiası ilə bağlı görüntülər yayılıb.

Yenixeber.org xəbər verir ki, hadisənin Xətai rayonunda yerləşən məktəblərdən birinin yaxınlığında baş verdiyi bildirilib. İddiaya görə, yaşlı kişi 10 yaşlı qıza qarşı xoşagəlməz hərəkətlər edib. Görüntülərdə yaşlı kişinin oraya toplanan şəxslər tərəfindən avtomobilə mindirilməsi də əks olunub.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Xətai rayonu ərazisində 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı polisə müraciət daxil olub. Nazirliyin əməkdaşı Nurlan Əliyev qeyd edib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb: “O, izahatında azyaşlının idman qurğusu olan turnikdən asılı vəziyyətdə olduğunu görüb və onun oradan yalnız düşməsinə kömək etdiyini bildirib. Uşağın valideyni övladına qarşı heç bir fiziki zor və əxlaqsız hərəkətlər edilmədiyindən ilkin verdiyi ərizə ilə bağlı şikayət və tələbinin olmadığını bildirib.

Faktla bağlı hazırda araşdırmalar davam etdirilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam