Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Nar” şəbəkəsi Xankəndi şəhərində -FOTO


Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edir. “Nar” Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış məskənlərini baza stansiyaları ilə artıq təmin edib.

Yenixeber.org: “Nar” texniki heyəti Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə  “Nar” şəbəkəsi abunəçilərə təqdim edilib.
Azərbaycan brendi olması ilə hər zaman qürur duyan “Nar” azad edilmiş ərazilərə xüsusi  diqqət ayırmağı özünə borc bilir. “Nar”ın həyata keçirdiyi layihələrlə bağlı ətraflı nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim 
edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam