Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Ərdoğan İlon Maska kitab hədiyyə etdi - FOTOLAR

Ərdoğan İlon Maskla görüşüb, ona kitab hədiyyə edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb.

Yenixeber.org: Görüş mətbuata qapalı keçirilib.

Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində "SpaceX" ilə əməkdaşlıq imkanlarının ola biləcəyini qeyd edib. O, Maskı İzmirdəki TEKNOFEST sərgisinə dəvət edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank da iştirak ediblər.

Ərdoğan Maskdan "Tesla"nın Türkiyədə 7-ci fabrikini qurmasını istəyib. Mask isə bir çox türk tədarükçünün "Tesla" ilə işlədiyini və Türkiyənin növbəti fabrik üçün ən vacib namizədlər arasında olduğunu qeyd edib.

Türkiyə lideri İlon Maska “Daha ədalətli bir dünya mümkündür” kitabının ingiliscə versiyasını və “BMT-də İslahat: Beynəlxalq Əməkdaşlığa yeni bir yanaşma” kitabını, Maskın oğluna isə futbol topu hədiyyə edib.( TRT)

1280090

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam