Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlon Mask "kasıblayıb"-SƏBƏB

İlon Mask 29 milyard dollar İTİRDİ

Sahibkar İlon Maskın sərvəti “Twitter” mikrobloqlar şəbəkəsinin satın alınmasının elan edilməsindən bir gün sonra təxminən 29 milyard ABŞ dolları azalıb.

Yenixeber.org: Bunu dünyanın ən varlı adamlarının sərvətini real vaxt rejimində qiymətləndirən “Forbes Real-Time” sayğacının çərşənbə gününə olan məlumatları göstərir.

Milyarderin sərvəti 10,83% azalaraq 268 milyard dollardan 239,2 milyard dollara düşüb. Buna elektromobil istehsalçısı “Tesla”nın səhmlərinin 12% ucuzlaşması bilavasitə təsir edib. Bir gün ərzində şirkətin bazar kapitallaşması təxminən 130 milyard dollar azalıb, Maskın özünün itkisi isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın sərvətindən (3 milyard dollar, “Forbes” siyahısında 1021-ci) doqquz dəfə çox olub. Kəskin azalma Maskın son vaxtlar “Twitter”ə xüsusi diqqət ayırmasının “Tesla” səhmdarları arasında narahatlıq yaratması ilə izah olunur. İnvestorlar sahibkarın sosial şəbəkəni almaq məqsədilə kredit götürmək üçün şirkətdəki səhmlərini girov qoymalı və ya satmalı olacağından narahatdırlar.

Bütün bunlara baxmayaraq, İlon Mask hələ də dünyanın ən zəngin adamıdır. “Forbes” siyahısında onu “Amazon”un qurucusu və baş direktoru Ceff Bezos izləyir. Bezosun sərvəti “Tesla” və “SpaceX”in sahibininkindən 74 milyard dollar azdır.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam